Hindistanın kiçik dənizkənarı şəhərində dünyaya gələn Mohandas Qandi çox maraqlı ömür yolu keçib. O, 13 yaşında valideynlərinin məsləhətilə Kasturba adlı qızla evlənib,. 18 yaşında İngiltərədə Hüquq məktəbinə daxil olub. Təhsil aldığı müddətdə qərb mühitinin təsiri altına düşüb, hətta skripka çalmağı və rəqs etməyi öyrənib. 1891-ci ildə Hindistana qayıdan Mohandas iki il Bombey və Rackot şəhərlərində vəkil işləyib, sonra qohumlarının təklifilə Cənubi Afrikada Hindistan icmasına hüquq dərsləri keçməyə gedib və 1893-1914-cü illərdə orada çalışıb.
O, 1919-1948-ci illərdə hind milli-azadlıq hərəkatının ən nüfuzlu lideri idi.
Mahatma Qandinin duası uzun illərdir ki, onun mənəvi gücünün göstəricisi kimi qəbul olunur:
“İlahi!
Həqiqəti güclülərin üzünə demək üçün mənə yardım elə.
Zəiflərin alqışını və sevgisini qazanmaq, yalan söyləməmək üçün mənə dəstək ol.
Əgər mənə var-dövlət verəcəksənsə, xoşbəxtliyimi alma.
Əgər mənə güc verəcəksənsə, muhakimə qabiliyyətimi əksiltmə.
Əgər uğur verəcəksənsə təvazökarlığı azaltma.
Əgər mənə təvazökarlıq verəcəksənsə nüfuzumu aşağı salma.
Görünənin o biri üzünü tanımağıma yardım elə.
Düşüncələrimlə razılaşmadığına görə mənə qarşı olanları xainlikdə suçlayıb onların qarşısında günahkar vəziyyətə düşməyimə imkan vermə.
Mənə özümü sevən kimi diğərlərini sevməyi, diğərlərini mühakimə edən kimi özümü də mühakimə etməyi öyrət
Uğurlarımın başımı gicəlləndərməyimə imkan vermə.
Uğursuzluğa düçar olsam da, ümidsizliyə qapılmağıma imkan vermə.
Uğursuzluğun uğurdan əvvəlki sınaq olduğunu xatırlamağımı təmin elə.
Mənə xeyirxahlığın güclərin ən büyüğü olduğunu, intiqam arzusunun zəifliyin zahiri görünüşü olduğunu öyrət.
Əgər mənə var-dövlət verməsən, ümidimi əlimdən alma.
Əgər uğur qazanmağıma imkan verməsən, uğursuzluğa üstün gəlmək üçün iradəmi əlimdən alma.
Əgər məni sağlamlıqdan məhrum etsən, inancın lütfünü ver.
Əgər insanlara ziyan vursam, mənə üzr istəmək gücünü ver.
Əgər insanlar mənə ziyan vursa, mənə əfv etmək və mərhəmət gücü ver.
İlahi! Əgər səni unutsam, sən məni unutma!”
Yazıya 1128 dəfə baxılıb