Yusif Hansen — Qadınlarımı, cəmiyyət və biz

unnamed

 

Qadınlar həyatımızın olmaqla yanaşı cəmiyyətimizin ayrılmaz hissəsidir. Heç cəmiyyəti qadınlarsız təsəvvür edə bilərikmi? Mən etmirəm şəxsən. Lakin, hal-hazırda, eləcə də son onilliklərsə qadınlarımızın qədrini bilmirik, bilməmişik, belə gedişlə də bilməyəcəyik.

Cəmiyyətimizdə qadınlara müxtəlif cür yanaşılır. Paltaryuyanı, qabyuyanı əvəz edən, uşaq artımını təmin edən və s. bu tip gülməli formada. Bir sözlə qadın olduğu kimi deyil də, hər nə ayrı cür fomrada nə varsa o tipdə. Qarşıda yazacaqlarımla özümü ağıllı kimi göstərdiyimi düşünə bilərsiz. Lakin, məqsədim tam başqadır. Cəmiyyətimizin maariflənməsini səmimi qəlbdən istəyirəm.

Hal-hazırda ətrafımızda fikr versək görə bilərik ki, qadınlarımızın böyük qismi əziyyət çəkir. Aldadılırlar, təhqir olunurlar, alçaldırlar. Bunu hər addımda görmək mümkündür. Çox uzağa getməyək. Elə evlilik üçün “qızı almaq” birləşməsində almaq sözü hər şeyi açıq-aşkar göstərir. O bir əşyadır sanki, istəyi, arzusu, məqsədi yoxdur, kim daha çox verərsə ona satılır.

Heç zaman əxlaqsız insanların tərəfini saxlamamışam. Onlar həm kişi, həm də qadın cinsində mövcud olub və olacaq da. Sözümün canı, ürəyimin yandığı məhz saf, təmiz qadınlarımızdır. Heç bilirsiz bəzən ürəyim necə qan ağlayır? Qadınlarımızın, qızlarımızın aldadıldığını, istifadə edildiyini görəndə. Bir özünü kişi sayan tiplərin qızlarımıza necə əşya, yatmaq, tələbatlarını ödəmək üçün vasitə kimi yanaşıldığını görəndə. Hansısa qızı necə fırlatdığı, istifadə etdiyi ilə öyünən, yanından keçən hər qadına “nə bomba şeydir” prinsipi ilə yanaşan, söz atan, nömrəsini qışqıran, maşını saxlayıb əxlaqsız təkliflər edən kişiciklərlə rastlaşanda. İnsan görəsən necə qanmaz olmalıdır ki, başqasına necə yanaşdığının bir gün özbaşına gələcəyini düşünməsin. Bu kişiciklərin elə bilirsiz ki, ailəsi düz-əməllidir? Əsla, elə deyil. Bunlar qadınlarını evdə üzünə qıfıl vurub çıxıb getməklə özlərini sığortladıqlarını düşünürlərsə, çox yanılırlar. Elə məhz onların sahib olduqları qadınlardır ki, evdə oturub internet üzərindən min oyundan çıxırlar. Evdən çıxanda bir geyimdə, getdiyi yerdə isə tam ayrı geyimdə olanlardır. Başqasının papağını müzakirə etməklə deyil ki, insan gərək öz papağına da güzgüdə baxsın.

Kimə görə həyatda təcrübəsiz, kimə görə isə təcrübəli görünə bilərəm. Həyatda nə qədər yaşamağın mənası yoxdur, əsas anlamaq tərzidir. Cəmiyyətimizin qadınlarına sahib çıxmağının vaxtıdır artıq. Qadınlarımıza, qızlarımıza dəyər verilməsinin, şəxsiyyət kimi yanaşılmasının vaxtıdır. Sevin onları, qoruyun, hörmət edin, alçaltmayın, xəyanət eyməyin, döyməyin, kobudluq etməyin. Bütün kişilərimizə səslənirəm. Qadın gələcəyin anasıdır, cəmiyyət üçün yararlı böyüdülən, yetişdirilən uşaqlarımızın anasıdır. Alma, qarpız kimi onlara xarici görünüşünə görə yanaşmayın. Məhz ən eybəcərləri, aldadılan, zorlanan, bakirəliyini itirmiş, lakin səhvini anlayan qızlarımızla evlənin, gələcək həyatınızı birgə qurun, bir şans verin yeni həyat üçün. İnanın mənə, onların qayğıya daha çox ehtiyacı var. Bu etdiyinizi heç zaman unutmayacaqlar, təşəkkür hissi ömürlərinin sonuna qədər olacaq. Əvəzini artıqlaması ilə ödəməyə çalışacaqlar. Yoxsa ki gözəl, bakirə qızla evlənməyə nə var ki. Onsuz onlara çoxu elçi çıxacaq. Bədbəxt edilənləri xoşbəxt etməyə çalışın. Bəsdir, yetər artıq. Qadınlarımızın gözü yaşlı qalmasın. İçimizdəki şeytan artıq məğlub olsun. Xeyir yalnız qalib gəlsin. Son sözüm bunlar olaraq qalsın yaddaşınızda. Onsuz həyat bumeranq kimidir, etdiyin hər şey fırlanıb məhz sənin özünə qayıdır.

 

Yazıya 816 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.