20 aprel 2015 -ci il tarixində, saat 14:00-da Azərbaycan Yaıçılar Birliyinin Natəvan klubunda gənc şair Xəyalə Sevilin “Saçlarıma ay qonub” şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.
Xəyalə Sevil 1985-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Müəllimlər İnistutunun “Pedeqoqika və metodika” fakültəsini bitirib. AYB-nin üzvüdür. Prezident təqaüdçüsüdür.”Gənc ədiblər məktəb”ində təhsil alıb.
Bu kitab Xəyalə Sevilin oxucularla 4-cu görüşüdür. Onun ” Səni sevdiyimi bilməyəcksən” , “Bəxtimə çıxan adam” , “Daş” adlı kitabları oxucular tərəfindən sevilir.
Ümidvariq ki, “Saçlarıma ay qonub” kitabı da şeirsevərlər tərəfindən rəğbətlə qarşılanacaq.
Xəyalə SEVİLi Təbrik edir, UĞURLAR arzu edirik.
Bütün oxucular “Saçlarıma ay qonub” kitabının təqdimat mərasiminə dəvətlidir.
Yazıya 786 dəfə baxılıb