Tereza Ana (tam adı Kəlküttəli Tereza Ana, əsl adı Aqnes Qonca Boyaçı; albanca Agneze Gonxhe Bojaxhiu) – katolik rahibə, rahibələr konqreqasiyası olan və kasıblara, xəstələrə xidmət edən Şəfqət Ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatıdır. Tereza Ana Katolik Kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilib. O, 1997-ci ildə ABŞ-ın ali mükafatı olan Konqresin qızıl medalı ilə təltif edilib.
Mən Allahdan güc istədim, amma O, sınaq döndərdi.
Mən İlahidən qürurumu əlimdən almaq üçün yalvardım.
Allahsa mənə “Yox” dedi.
Dedi ki, qüruru əldən almaq olmaz.
Ondan imtina etmək olar.
Mən Allahdan səbir istədim.
Allahsa mənə “Yox” dedi.
Dedi ki, səbir sınaqların nəticəsidir.
Səbri vermək olmaz, onu qazanmaq olar.
Mən Allahdan Xoşbəxtlik istədim.
Allahsa mənə “Yox” dedi.
Dedi ki, mənə Xeyir-dua verir.
Xoşbəxt olub-olmamağımsa özümdən asılıdı.
Allaha yalvardım ki, məni ağrıdan qurtarsın
Allahsa mənə “Yox” dedi.
Dedi ki, ağrı-acı insanı
Dünya qayğılarından uzaqlaşdırır,
O-na yaxınlaşdırır.
Allahdan dilədim ki, məni mənən böyütsün,
Allahsa mənə “Yox” dedi.
Dedi ki, ruhun özü böyüməlidi.
Allaha yalvardım ki, O-nun məni Sevdiyi kimi,
Başqalarını Sevməkdə mənə kömək eləsin,
Dedi: “Axır ki, nəyi istəməli olduğunu dərk elədin…”
Allahdan güc istədim, O isə sınaq göndərdi ki,
Məni dözümlü eləsin.
Mən müdriklik istədim, Allahsa qayğılar göndərdi ki,
Onların üzərində baş sındırım.
Mən dözüm istədim, Allahsa təhlükə göndərdi.
Mən Sevgi istədim, Allahsa köməyimə ehtiyacı olanları göndərdi.
Mən rifah istədim, Allahsa mənə imkanlar verdi.
Mən istədiklərimin heç birini ala bilmədim
Mən özümə lazım olan hər şeyi aldım.
Hazırladı: N.ƏBDÜLRƏHMANLI
Mənbə: Aydın Yol qəzeti
Yazıya 787 dəfə baxılıb