Tural Sahab – Qızlar niyə evdə qalır?

tural sahabGözəlliklə əlaqəsi yoxdur, fikrimcə. Çünki o qədər çirkin qızlar gördüm ki, nece sevilirlər. Onlara necə gözəl şeirlər yazılır. Bəs, məsələ nədir, qızlar nə üçün evdə qalır? Qızların və oğlanların sayı da təxminən eynidir. Yəni  istənilən qız ərə getmək üçün oğlan tapa bilər.

 Azərbaycan kişisi evlənmək üçün necə qız istəyir  və evlənir. Bunları bilmədən yuxarıdakı suala cavab tapmaq olmaz.

1.      Öncəliklə Azərbaycan kişisi ailədə həmişə söz sahibi olmaq istəyir. Bizim törəmizdə də, atəd- ənənələrimizdə də ailənin başcısı atadır. Kişi işdən gələndə onu sevgi və hörmətlə qarşılayacaq bir qadın istəyir evində. Bir şeyə yox deyəndə onunla mübahisə etməyəcək, ondan izinsiz hər hansı bir hərəkət etməyəcək itatkar bir xanım. Yoxsa qadın evdə kişi ilə kişilik edəcəksə, kişinin sözünə qulaq asmaq yerinə hətta onu özünə tabe etməyə çalışacaqsa bu iş alınmayacaq. İndiki qızların çoxu da bu feminist düşüncədədir.

 

2.      Azərbacanlı oğlanlar ana, atasına qulluq edəcək, onun yoxluğunda valideyinlərinə qız olacaq bir xanım istəyir. Yaşlı ata- anasını damın altında qoyub, başqa evdə yaşamaq istəmirlər. Bizi minbir əziyyətlə dünyaya gətirən o insanları atmaq hər halda doğru olmaz. Bir qız bəri başdan  “ mən sənin ailənlə yaşamaq istəmirəm, onlara kim qulluq edəcək”  kimi sözlər deyirsə, o kişi heç vaxt onu almayacaq. Uzaq başı onun həyatında xoş bir xatirəyə çevriləcək. İndiki qızların çoxu isə rahat yaşamaq, qayınana töhmətindən uzaq olmaq istəyir…

 

3.      Şirindil və az danışan. Bəli, bir qız nə qədər gözəl olsa da, əgər çox danışırsa, iki sözündən bir qarşıdakını acılayırsa bu iş alınmayacaq. Kişi çöldə minbir əsəblə işləyir ki, evinə bir tikə halal çörək gətirsin. O, içəri girən kimi, qadın “ anan bunu dedi, bacın belə elədi, qonşu özünə təzə nəsə aldı….” kimi sözlərlə kişinin korlanan əsəblərini korlayırsa ( korlayacaqsa), elə qızı nəyinə lazımdı, onun. İçəri girəndə  şirin dili ilə bir neçə xoş söz deyib, ona dəyərli olduğunu hiss elətdirsin istəyir. Heç olmasa ailəsində vazkeçilməz olmaq istəyər bir kişi. İndiki qızların da dili maşallah “ baldı”

 

4.      Yaxşı yemək bişirmək. Bir söz var ki, mən onunla razılaşıram. Deyir: “ kişinin ürəyinə gedən yol mədəsindən keçir”. Evə girəndə ki, mətbəxdən gözəl bir yeməyin ətri səni vurmadı, daha o necə evdir. Təbii ki, qadın xəstələnə bilər, nəsə vacib işi ola bilər yemək hazırlamaz, o başqa. Söhbət ümumidən gedir. Kişinin işi evə pul gətirməksə, qadının işi də evdə yeməklər hazırlamaq, evin təmizliyi ilə məşğul olmaqdı. İşləməyən bir kişi ilə hansı qadın evlənmək istər?- heç kim. Yemək bişirməyən qızla da heç bir kişi evlənməz. Kişilər yemək yeməyi çox sevir.

 

5.      Uğursuz tanışlıqlar. Bu hər iki tərəfin problemidir. Bizim cəmiyyətdə hələ qarşı cinsdən biri tanış olmaq mədəniyyəti, cəsarəti yoxdu. Qıza bir oğlan baxan kimi ya söyəcək, ya da qardaşına vəya xalasıoğluna döydürəcək.  Ancaq gəl ki, bütün qızlar evlənmək yuva qurmaq istəyir. Bəs baxmadan, söz atıb, tanış olmadan bu iş necə olacaq?!

 

Bir az cəsarət, bir az özünə qulluq azca da şirindil olsalara, məncə heç biri evdə qalmaz.

 

Yazıya 1390 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.