Sədi Şirazi — Nəsihətlər

Sədi

* Ərəblər deyirlər; bağışla, lakin  minnət qoyma, çünki faydası özünə qayıdacaqdır*

 

* Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün deyildir*

 

*Sirrini yoldaşına bildirmə, nə bilirsən bəlkə bir gün düşmən oldu. Düşməninə də çox zərər vurma, bəlkə bir gün dost oldu. Gizlətmək istədiyin sözü ən sədaqətli dostuna belə demə, çünki hər bir dostun öz dostu, dostununda öz dostu var*

 

* Zəif düşmən tabe olursa, o bunu güclü ola bilmək xatirinə edir. əgər dostların dostluğuna etibar yoxdursa, düşmənin yaltaqlığına necə etibar etmək olar? Kiçik düşmənə etinasız baxmaq , xırda qığılcıma məhəl qoymamaq kimidir*

 

* İki düşmən arasında elə söz danış ki, onlar dostlaşanda utanmayasan*

 

* Bir işə başlarkən tərəddüd etsən az zərərli tərəfini qəbul et*

 

* Qızıl ilə düzələn işdə, canlı təhlükəyə salmaq ağılsızlıqdır*

 

* Zəif düşmənə rəhmin gəlməsin, güclənsə sənə rəhm etməyəcəkdir*

 

* Kim pis adamı öldürsə, xalqı onun bəlasından qurtarar, onu isə ALLAHın əzabından*

 

* Düşmənin nəsihətini qəbul etmək xətadırsa, onu eşitmək rəvadır, çünki dediyini əksinə əməl etdikdə təmamilə düzgün iş görmüş olarsan*

 

* Gərək şah düşmənə elə hiddətlənməsin ki, dostların da inamı qırılsın*

 

* Nəsihətdən dəm vuran adamın özü başqalarının öyüdünə möhtacdır*

 

* Varlı vaxtında kömək etməyən, yoxsul vaxtında kömək görməz*

 

* Nadan üçün susmaqdan yaxşısı yoxdur, lakin əgər o bunu bilsəydi, nadan olmazdı*

 

* Elm oxuyub əməl etməyən adam, yer sürüb toxum səpməyən əkinçiyə bənzər!*

 

* Bir ömürdə ələ gələn dostu , bir anda incidib əldən vermə*

 

* Şeytan əməli heç kimə yaraşmaz, xüsusilə alimə! Çünki elm şeytana qarşı bir silahdır, silah sahibi isə düşmənə əsir düşsə rüsvayçılıq bir neçə qat artıq olar*

 

* Diriliyində adamın çörəyini yeməsələr, öləndən sonra adını çəkməzlər*

 

* Üzümün dadını bağ sahibindən çox, onu yığan dul qadın bilər*

 

* Ey ruzisi qalmış getmə, yeyəcəksən, ey əcəli çatmış qaçma, öləcəksən*

 

* Hər kəs başqalarının sözünü kəssə ki, öz mərifətinin dərəcəsini bildirsin, tərbiyəsinin səviyyəsini göstərmiş olar*

 

Yazıya 801 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.