Nə gözəl gülümsəyirsən,
Üzündə sevgi dayanır.
Adam öləndən sonrakı
Həyata da inanır.
Nə gözəl baxırsan sən,
Baxışın işıq dolu,
Gözlərindən çəkilir
qəlbimə Samanyolu
Nə gözəl danışırsan,
Səsin ən gözəl səda.
Sanki dənizdən qopub,
Sahilə qaçır ada.
Sən nə şirinsən belə,
Əllərin nə gözəldir?
Tanrı belə əllərdən
Min ildən bir düzəldir.
Sən nə yaxşı adamsan
bağışlaya bilirsən.
Özündən zəifləri də
Alqışlaya bilirsən.
Sən necə düşmənsən axı
Vurduqların əlacdı…
Verdiyin dərd ürəyimi
Bəhərləyən ağacdı.
Daha heç nə demirəm
Qorxuram ki, göz dəyə
Dayan tutum əlindən
Sən qal öz məqamında
Mən çıxım, gedim, göyə…
Yazıya 960 dəfə baxılıb