Əslində o qədər asandı ki, bu milləti düzəltmək. Demək olar ki, boş zamanını tv qarşısında keçirən insanlarıq. Kitab oxumaq yox, sosial faliyyət yox…yox…. Bu zaman bir- iki marifçi verlişlə bu milləti oyatmaq, düşündürmək olmazmı?- olar təbii ki, bəs niyə olmur?
Elə olub ki, gözümüzü zilləyib baxdığımız mavi ekranlar bizi uçurumlara- boz uçurumlara doğru aparır. Ruhumuz- mənəviyyatımız, gələcək nəsillərimiz təhlükə altındadır. Bəli, öz tv kanallarımız qənim kəsilib bizə ( bir, iki kanalı çıxmaq şərti ilə). Vəziyyət o yerə çatıb ki, heç bir savadı olmayan manıslar ekranlardan milləti və onun savadlı insanlarını təhqir edir- “ bax siz kitab oxuyub ac qalmısız, ancaq biz mahnı oxuyub sizdən yaxşı dolanırıq” deyə- deyə. Indi ağıllı insanlardan biri çıxıb bunlara etiraz etsə nə olacaq bilirsizmi?- o adamı ya məhkəməyə verəcəklər- bizi təhqir edir deyə, ya da haqqında yüz iftira çıxaracaqlar…
Internetdə açıq- saçıq şəkilləri, pis- pis görüntüləri çıxanları ekspert kimi verlişlərə dəvət edirlər ki, millətə əxlaq dərsi keçsin, ailənin qayda- qanunlarından danışsınlar. Allah eşqinə bu millətlə məzələnmək deyildə, nədir?! Uşaqdan böyüyə hər kəsin baxdığı verlişlərdə üşbaqat açmaq, kiminsə qucağında oturmaq, kimisə öpmək nə məna verir?- mən savadsız biriyəm deyək ki, bəs ağıllı insanlar nə deyir bu haqda, niyə etiraz etmirlər, niyə millətinin yox edilməsini seyr edirlər?!
Nə qədər şou proqramı olar, nə qədər mahnı yarışması olar axı. Kimə lazımdı bu qədər müğənni, bu qədər manıs…kimə lazımdı hansı müğənni tətili harada, kiminlə keçirdi. Az qala gənclər şou əhlinin geydiyi paltarın da rəngini bilir, ancaq bayrağın üzərindəki rənglərin nə məna verdiyini bilmir. Sonra da çıxıllar küçələrə- “ filan yazarı tanıyırsanmı?” deyə sorğu keçirir, gənclərin savadsızlığından şikayətlənirlər. Axı bu şikayətə haqqınız yoxdu, gənclərin o yazarı, o şairi tanıması üçün hansı verlişləri hazırlamısız?!
Ömründə bir dənə də kitab oxumayan bir nəsil yetişir. Kitab, oxumaq- ali təhsil almaq onlar üçün maraqlı gəlmir daha. Vətən, bayraq məhfumlarının yerinə LGTP rəngləri gəlir. Cavan oğlanların geyim tərzini, zövqünü o nərmə- nazik stilistlər göstərəndə nə olacaqdı ki?!
Gələcəyə, ancaq sağlam ruhlu, sağlam düşüncəli gənclik yetişdirən millətlər çıxacaq. Biz torpaqlarımızın yarıdan çoxunu ( Cənubi və qərbi Azərbaycan, Borçalı, Dərbənd, Qarabağ) itirmişik. Bax onları yavaş- yavaş geri alacaq bir nəsil- bir gənclik lazımdı. Əhməd bu arzu ilə yetişdirilməli, bu arzu ilə yaşamalıdır. Yoxsa Məmmədin eşqi ilə yox.
Şou proqramları azaldılmalı, efirlərə özünü idarə edə bilən aparıcılar buraxılmalı milli, mənəvi dəyərləri və kitabı, elmi təbliğ edən verlişlər hazırlanmalıdır. Mavi ekranlar bizi uçurumlara yox, mas- mavi sonsuzluğa aparmalıdır öz verlişləri ilə.
Millət, xalq olmasa o verlişlərə kim baxacaq, heç kim. Bəs, millət kimdi. Mən… sən… o. Əgər, mən bu millətin bir fərdiyəmsə ekspert olaraq müğənniləri yox alimləri, yazarları görmək istəyirəm. Şou verlişləri əvəzinə, daha yararlı verlişlərə baxmaq istəyirəm….
Inşallah bu yazdıqlarıma görə mənii məhkəməyə verməzlər
Yazıya 822 dəfə baxılıb