Rəfail Məmmədov — Parlaq günəşin kiçik zərrələri (“Müəllim” Layihəsi)

11143694_491760924333195_9080958978745364215_n  kultur.az   Azərbaycan dili və ədəbiyyatdan repetitor müəllimlər qrupu“nun   hazırladığı  “MÜƏLLİM” Yazı müsabiqəsinin nəticələrini təqdim edir. Layihəni həyata keçirməkdə qrupun məqsədi  bu sənətə olan hörməti ifadə etmək,keçmiş müəllimlərə ehtiramı bildirmək,gələcəkdə müəllimliyi seçənlərə  mənəvi dəstək olmaq, bu peşəyə marağı artırmaqdır.

“Hər gün birini sevməkdənsə, birini hər gün sev!…. Bax onda sevgidən fərqli olaraq eşq yaranır. Sevgidən fərqli olaraq eşq paylanmır. İnsan öləndə sevgisi də ölür, eşq isə əbədi yaşardır!”

Deyirlər ki, həyatda
Heç nəyə bağlanma.
Görən bu mümkünmü?
– Əsla. Yox. Yox. Yox!……
Niyə yalan deyim ki?!

Bülbülün gülsüz,
bitkinin susuz,
ocağın odsuz,
mənim sənsiz
yaşamağım mümkünmü?
Niyə yalan deyim ki?!

Acın çörəksiz,
susayanın susuz ,
üşüyənin odsuz,
mənim sənsiz …
Yaşamağım mümkünmü?
Niyə yalan deyim ki?!

Sevgim bölünür neçə yerə:
ataya, anaya, övlada,
neçə dosta, neçə yada,
canlıya da, cansıza da
Niyə yalan deyim ki?!

Amma sənə olan sevgi…
Allahımdan mənə vergi.
Bölünməyib, azalmayıb,
Heç bir yerdə yazılmayıb
Niyə yalan deyim ki?!

Sevgi bulud kimidir,
Gündə dolur, boşalır.
Sevinəndə çoxalır,
Hirslənəndə azalır.
Niyə yalan deyim ki?!

Sənsə mənim “EŞQİMSƏN!”
Sevgi kimi bölünmür.
Hər gözə görünmür.
Hər gün bir ayaqda,
İlan kimi sürünmür.
Niyə yalan deyim ki?!

Eşq yaşanır bir dəfə:
Biri 10-da, biri 50-də, biri 100-də….
Biri dərində, biri üzdə…
Biri dağda, biri düzdə tapır bu eşqi!
Niyə yalan deyim ki?!

Mən də indi tapmışam,
əbədi, sonsuz, saf bu eşqi!
Onu niyə itirim ki?
Sənsiz yaşaya bilməm,
Ömür adlı bu yükü
Sənsiz daşıya bilməm…
Niyə yalan deyim ki?!    —   Əslində,  saf sevgidən yaranıb bu yazı. Eşqə çevrilən, həyatımın mənası dəyişən sevgidən. Bu sözlər bir insana ünvanlanmış hisslərin ifadəsi deyil,əziz oxucum!
Bu sözlər ürəkdən sevdiyim, coxlarının uzaq qaçdığı(əsasən də oğlanların) dünyanın ən ali sənəti olan müəllimlik haqqında bu sənətin kiçik nümayəndələrindən birinin ürək sözləridir. Müəllim fərdi şəxsiyyətə çevirən böyük bir qüvvə! Elə bir sənət ki, hamını birləşdirən və bərabərləşdirən qüvvə! Həyatımın bütün mənasını bu sənətdə tapdım. Çünki sevdim, sevdirdim bu sənəti. Müəllim tərbiyəsi, müəllim çörəyi ilə böyüdum. Əsl sevgi olan yerdə insan xoşbəxt olur. Mən də xoşbəxtəm ki, bu sevginin bəhrəsin gördüm.
Respublikada ən gənc “Əməkdar müəllim” adına layiq görülən müəllim oldum 28 yaşında. Bundan ruhlandım, müsabiqəyə qoşuldum.
“İlin ən yaxşı müəllimi”müsabiqəsinin qalibi oldum. 30 yaşında.
Bax bu nailiyyətləri 100 nəfər şagird kontingenti və 14 nəfər pedaqoji heyəti olan bir məktəbdə qazandım.
İndi yəqin heç bir oxucu məni qınamaz, yuxarıda yazdığım sevgi sözləri mənim eşqim olan müəllimlik sənəti haqqında parlaq günəşin kiçik zərrələridir!…

Yazıya 1046 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.