Xanəmir TELMANOĞLU — Gülün dostluğu və düşmənçiliyi

загружено

Ey dili qafil fil faili məchul fani f…



Bu yazını təqdim etməkdə məqsədim, son zamanlar Azərbaycanın ən ünlü, intellektual kəsimində boy vermiş (o insanlar cəmiyyətdə təəssüf ki, bu səviyyədə qarşılanır, başa düşülür, qəbul edilir. Ancaq bir az da onlara yaxın getsəniz, görərsiniz ki, bu beçizlərin içi bombalamboşdur. ) bəzi yazı-pozu əhlinin bəzi sözlərə, ibarələrə, deyimlərə heç düşünmədən, qafa yormadan əyləncəli, rişxəndli münasibət bəsləmələri oldu. Kimsə unutmasın ki, özünün olan adına keçmiş, vaxtı ötmüş dediyi nəsnələr, bir gün ayılacaq ki, başqalarının əlində kəsərli qılınc, ya da boğazına keçiriləcək sabunlu ipdir. Mən adını çəkməyəcəyim o kəslərin və kəsimlərin bu xalqın, etnosun poetik, ədəbi-bədii tarixini, estetik dünyagörüşünü dərk etmədiklərinə min dəfə təəssüf etdiyimi etiraf etməliyəm. Əsas olan keçmişi, keçmiş imkanları bilmək deyil, həm də gerçək və əsas olan odur ki, keçmiş bildiyin varidatın daha sonrakı dönəmlərdə kimlərin əliylə gələcəyə çevrildiyinin fərqində olasan. Əgər keçmişdəkini özününkü bilmirsənsə, ondan doğmalıq, mərhəmət gözləmə. Bir gün boğazına ilan kimi sarılacaq. Aman diləməyə isə vaxt tapa bilməyəcəyini yaddan çıxarma. Eynən bu günkü dünyanın, özəlliklə islam və türk dünyasının düşdüyü rəzillik, bədbəxtlik, çıxılmazlıq söylədiklərimə bir örnəkdir. İnanmırısınızsa, buyurun bu yazını oxuyun. 

1.Ta əski dini miflərin birində yazılacaq: “ Bir zamanlar kosmik məkanlar uca yaradan, ali güc tərəfindən törədilib, şəkilləndirilib, təyin edilməmişdən öncələri insanlara veriləcək yer kürəsi, dünya hələ gül şəklindəydi. Bəzən tumurcuq, bəzən gül şəklində zühur edərdi. O gülün şəkli bizim məkanımıza endirilərkən dünyalığından ayrıldı. Özü dünya içində bir dünya oldu da oldu.” 
Bizim içində yaşadığımız bu dünya, yer kürəsinin zatında, mayasında gülün toxumu varmış demək. Bu dünya hansı ki, gül qoxuyacaqdı. Ancaq əsrlər, qərinələr, tarix göstərdi ki, yer kürəsi getdikcə üfunət qoxumağa başlayır. Atom qoxuyur…insanlar, canlılar boğulur. Həyat quruyur, yox olmağa doğru gedir. 
Gülün tarixi sözsüz çox qədimdi. O artıq öz varlığından daha çox çıxmışa bənzəyir. Gül daha çox bənzədiləndə gözəl qoxuyur. Gül daha çox nəyisə əvəz edəndə dəhşətli bihuşediciliyini əsirgəmir. 
Gül hansı məqamlardan, obrazlardan keçib öz metafizik missiyasını yerinə yetirmir ki? 
Gülün olduğu, bitdiyi, açdığı yerdə rahatlıq, azadlıq, özgürlük hakim kəsilir. Gülün açdığı yerlərdən nə vaxtsa müqəddəsatlar oturub, gəlib gediblər. Gül bu gün mədəniyyət simvoluna çevrilmişdir. Bu mədəniyyətin simvolu yeri gəldiyində sakitləşir, yeri gəldiyində savaş elan edir, yeri gəldiyində isə qeybə çəkilir. Gözdən – könüldən uzaq durur. Yer üzündə ən çox stajı olan, ən çox mədəniyyətin onurunu daşıyan, ən çox şahlıq atributunu əldə saxlayan gül oğlu gül olmuşdur. Allahın ən çox sevdiyi, sayqı göstərdiyi peyğəmbərləri, elə son peyğəmbəri qaçıb gülə sığınmış, pənah aparmış, gül də səbrinə səbr qatmışdır. 
Bir gün gül qarşısındakı xaçı gördüyündə rahatlayır. Çoxları bu qarşılaşmanı savaşa dönüşdürməyə çalışsalar da, bu çabaları boşa çıxmış, geridə hədyanlıq nişanəsi qoyub getmişdir. 

2. 17-ci əsrin ilk illərində Avropa Birliyinin indiki mərkəzi sayılan Strasburqda əl boyda iki balaca kitab çapdan çıxmışdı. Çıxan kitablardan birininin adı Babil Qülləsi, digərinin adı isə Xristian Cümhuriyyəti Təsəvvürüydü. Bu kitabların müəllifi isə Johan Valentin Andrey – 1587 – 1654—adlı bir protestant papazıydı. Okkultist və kimyaçıydı. Valentin Avropada hakim olan müxtəlif xristian inanclarına sahib olan ekolların, akımların, təriqət və dəstələrin, camaatların bir çatı altında birləşdirilməsinin tərəfdarıydı. Bu yeni cümhuriyyətdə – Tək Kilsə, Tək Din deyil- bütün xristianlığın tək Tanrının hegomonluğunda dinləri bə məzhəb fərqliliklərini görməzdən gələrək, yox sayaraq, birləşməsinin vacib olduğu inancındaydı. Bu inancı müdafiə edən Valentin – Gül və Xaç qardasşlığı- örgütünün bilinən ilk rəsmi qurucusu və nümayəndəsi qəbul edilmişdir.
Valentin Basail dediyi zaman məlum Babili deyil, – Bab-ianiyi, İlahların Giriş Qapısını- nəzətrdə tutudu. Valentin 1626-cı ildə nigah balığını daşıyan yeni bir kitab yayımladı. Bu kitab Avropada Qnostik xristianlığa görə birləşmə təklifini irəli sürürdü. Bu kitabı Valentin 1459-cu ildə – GÜL VƏ XAÇ Qardaşılığı örgütünün sanal qurucusu Rosenkreutz tərəfindən əlyazma halında hazırlanmış bir çalışmanın əsasında hazırlanışdı. Kitabdakı əksər fikirlər İslami, Şərq elementlərini büruzə verirdi. Bu kitabdakı fikirlərin ən çox təsirində qalan Amalriç Bene adlı bir papaz olmuşdur. Bu papaz ölümündən azacıq əvvəl AZAD RUH adlı gizli bir örgüt qurmuşdur. Qurulan bu örgüt Yeni Qudüs statusunda bütün Avropanı görürdü. Digər yöndən bu təlimdə Yeni insan tipalogiyası da qoyulmuşdu. Buna görə də tək hegemon olacaq gücün Katolik Kilsəsinin olması gözdən qaçırmamalı idi. Digər yöndən Avropadakı yayılan bu tipli düşüncə ekolları aparılıb Mistisizmə əsaslandırılırdı. Bəzilərinin dediyi kimi Mistika xristianlıqdan İslamiyyətə, Təsəvvüfə keçidi deyil, əksinə İslamdakı Təsəvvüf xristianlıqdakı Mistizsizm şəklində ortaya çıxmışdır.ümumiyyətlə bu mövzunun özü dərindən araşdırılmalıdır. Nəinki, dində, sonradan fəlsəfədə, poeziyada da bu dünyagörüş, bu baxış geniş yer tutduqca, mübahisələırin sayı artsa da, qoyulan xətt, göstərilən məqsədli istiqamət dəyişdirilməmişdi. Bunun da əsas səbəblərindən biri, mistisizmlə məşğul olan qələm sahiblərinin, düşünürlərin kimliyi, tərəfkeşliyi, xaçpərəstliyi olmuşsa da, sonrakı dönəmlərdə, belə cahil yanaşma tərzi, qeyri elmi, qeyri-obyektiv münasibətlər kökündən alt-üst edilmişdir.

Bəzi islami təriqətlərdə təsirli olan Mistisizm deyil, xristianlıqdan da qabaq Anadoluda və Ortadoğuda var olan Qnostizimdir.Qnostizm gnosis sözündən alınaraq bilik, idrak nəzəriyyəsi deməkdir. Qnostiklər özünü şüalanmada – emanasiyada üzə çıxaran, ŞƏR-in qaynağı olan materiyaya qarşı qoyan dərk olunmaz ruhu ilk başlanğıc kimi mənimsəyir, qəbul da edirdilər. 

Gül və Xaç qardaşılığının adı bəlli ilk lideri Valentinin bu örgüt üçün seçdiyi arma, simvol protestantlığın qurucusu Martin Lutherin özü üçün seçdiyi ailə armasına oxşayır. 
Lutherin armasında 5 çəpərli bir gülün ortasında bir ürək və onun üzərində də qara Xaç vardır. Gül və Xaç qardaşlığının armasında isə beş çəpərli bir gül qara bir xaçın kəsişmə nöqtəsində mərkəzinə qoyulmuşdur.Valentinin xaçın mərkəzinə gülü qoyması təsadüfən deyildi. Xristian ənənəsində hər Yeni Qüds dünyanın mərkəzini yaradırdı.Valentinə görə, xaçın mərkəzinə qoyulmuş gül Yeni Qüdsü təmsil edirdi. Xaç həm də Adəmin başını, insanlığın təməlini və özünü təmsil edirdi. Bu yeni Qüds isə Valentinin kitabının yazdığı Xristian cümhuriyyətindən başqa bir şey ola bilməzdi. 
Həm də guya çarmıxa çəkilən İsa yanına anasını deyil, əsrarəngiz bir tip olan Yozef adlı bir kişini çağırmış, qulağına nəsə demişdir. O qulağa deyilən sirri, sözü Gül simvolizə edirdi Valentinə görə. Bəzilərinə görə, hətta İsa çarmıxda ölməmiş, bu Yozef adlı kişi ilə yerini dəyişib, özü isə Kəşmirə getmişdir. Katolik kilsəsi 17 mart gününü Yozefin şərəfinə qeyd edirlər.
4-cü yüz ildən etibarən, Yozef xristian dünyasında haqqında ən çox danışılan, adı hallandırılan birisiydi. Yozef həvarilərdən sayılmasa da, 13-cü əsrdə açılan, açıqlanan Həvari Filipin əlyazması İncilə görə, istəyinə görə, İngiltərəyə göndərilir. Bu adadakı ilk kilsəni də Glastonburqda quraraq adalıları xristianlaşdırmaq üçün missionerlik vəzifəsini davam etdirmişdir. Yozefin gizli sirri bilən tək adam olması əfsanəsi, nağılı, mifi sonrakı əsrlərdə də öz gücünü artırmışdır. Bu sirr məsələsində isə Vatikan həmişə ağzını yumsa da, sonrakı dönəmlər boyunca fərqli üsullarla, dəyişik adlarla istədiyini lazımı dini nöqtələrdə, ayrı dini paylaşanlar arasında gündəmə gətirmiş, doğrudan da, bunu etməyi bacarmışdılr. Onu da qeyd edim ki, bu Yozef adlı müqəddəsləşmiş adamın Müqəddəslik simvolu yağ kasası və çiçəkdir.
Ümumiyyətlə, günümüzdəki Avropa Birliyi adı altında bir çox adlar, ibarələr leksionumuza, eləcə də dünyanın gündəminə pərçimləndirilib. Artıq desən də budur, deməsən də. Kimsə yerindən tərpənib də alternativ dil, söz, lüğət, anlayış sərgiləyənə də oxşamır. Niyə, – alternativ simvolu dirildəcək təfəkkür, inanc olmadığından, fərqli düşününən, bu qasırğaya qarşı gələ biləcək insan yoxdur, yoxdur, yoxdur. Bu cəmiyyət yerli-dibli heç yoxdur. 
Bu gün Cümhuriyyət, demokratiya. Qloballaşma, Azad söz, İnsan Haqları, Feminizim, Bərabərlik, Müstəqillik kimi dəyərləri guya ifadə edən sözlərin, termlərin hamısnın kökündə AB –inin dəyərləri durur. – Yeni İnsanın yaşadığı – Yeni Qüds – bir Cümhuriyyətmi, yoxsa simvolik də olsa, bir İmperatorluqmu olacaq, bax, bu mübahisələr, QAPALI Qapılar arxasında, hələ də davam etməyindədir. 

3. Xaçın tarixi də İsa Məsihin tarixindən əvvəllərə gedib çıxır. Xaç təkcə, edam eləmək məqsədi ilə deyil, Kosmik olanla ifadə olunmaq, bilinmək məqsədi ilə qədim bir çox xalqlarda istifadə edilirdi.Ən çox da mekiskalılarda və türklərin mədəniyyətində geniş şəkildə izini, nişanəsini qoymuşdur.
Xaçın bir edam mancanağı olduğunu ilk dəfə Roma imperatorluğu dönəmində deyil, İranda farslar başlatmışdırlar. 1-ci Daranın əsir aldığı 3000 Babilliyi çarmıxa çəkdirilərək öldürüldüyü sənədləşdirilmişdir. – bu miladdan qabaq 519-cu ildə reallaşmışdır, baş vermişdir. Milladdan qabaq 392-ci ildə isə bu qətliamı eyni şəkildə Qartacaya hücum edən Sirakuzalı Denyus, onlara kömək elədiklərindən yüzlərcə qrek əsilli Qartaçalıya qarşı törətmişdi. Çarmıxda. 
Dinə inanmadıqlarından Yəhudilərin ilk krallarından olan Aleksandre Janne 800 dən çox yəhudini çarmıxa çəkərək fəci şəkildə qətlinə fərman vermişdir.Miladdan qabaq 2-ci əsrdə romalılar çarmıxdan edam vasitəsi kimi istifadə edirdilər. 
Bir məsələni xüsusi qeyd eləmək istərdim. Xristian və yəhudilərin bu gün vazkeçilməz dəyər verdiyi, qutsallaşdırdığı hansı simvollar, hansı törənlər, hansı qayda-qanunlar varsa, onların kökündə qətl, qan, insan əzabı, vəhşilik, barbarlıq, əxlaqsızlıq, can vermələr, diri-diri yandırılmalar durur. Bu da ayrı bir mövzudur. 

Yəhudilər İsanın edam edilməsində geri çəkilməmişdilər. Romalı vali Pilat İsanı son dəfə sarayının qabağına çıxararaq yəhudilərə göstərmiş və onun əfv edilməsini istəmişsə də, edamdan onu qurtara bilməmişdir. İsanı Tanrının oğlu olduğu üçün deyil, özünü Yəhudilərin kralı elan elədiyi üçün edam etmişdilər. Ponti Pilat üzün xalqa tutaraq – bu zavallı adamın qanı mənim əlimdə deyildir. Siz bu qanı daşımağa razısınızmı-. Yəhudilər də bu sözlərə cavab olaraq, onun qanı hər zaman bizim əlimizdə olsun, üzərimizdə qalsın, as onu – demişlər.Yəni İsanın qanı bizə halaldır. Bundan, bu tarixi etirafdan, yanlışlıqdan, şərdən sonra İsa çarmıxa çəkilmişdir. İsanın qanı son 2000 ildir həmişə Yəhudilərin üzərində qalmışdır. İndi bu nə qədər doğru, düzgün yanaşmadır, yanaşma deyil, yenə də ayrı bir mövzunun yazısıdır. Ancaq ata oğuldan, oğul atadan sorumlu olmadığı kimi, bu günkü yəhudi xalqı da, keçmişdə olanlardan dolayı atalarının tutduğu günah işlərdən sorumlu, cavabdeh deyillər. suçun, günahın nəsildən nəslə, çağdan çağa keçməyinin anatomiyasını dəqiq bilmirəm, bu tezisə də inanmıram. Ama bu günkü yəhudilər insanlıq adına elə bir suç, günah işləyəib, xətalar sərgiləyə bilərlər ki, özləri ilə birgə, geridə qalmış tarixləri, ataları da bu suçun, günahın ortağı rolunda çıxış etmiş olar. 

İşgəncə növlərinin ən məhşuru 8-ci Henri zamanında Avropada Utopiyaçı Tomas More tərəfindən həyata keçirilirdi. Solçu gənclərə bir qurtarıcı ilah kimi təlqin olunan More saxta xoşgörü cadugəri olaan siyasi dəllal idi. 16-cı əsrdə O, protestant qadınların hamısını fahişə adlandırmış və onlara ediləcək təcavüzün suç sayılmaması elan olunmuşdur. 
İsanın yaşadığı dönəmlərdə çarmıxa çəkilən qadın, kişi lümlüt heyvan kimi ortalığa çıxarılır, sonra da edam edilirdi. Üstəlik xaçını dalına şəlləyib kötəklərlə ölümə aparılırdı.
Bunlara flaqallentəlr deyilirdi. Bu adamları yəhudilər məcbur elədiklərindən dolayı özlərini cəzalandırmqları üçün vücudlarını bıçaqla kəsər, qanadırdılar. Bu ənənə bəzi monastırlarda həlkə də yaşayır. İran Şiyəliklərində, Uzaq Şərqin katolikləri arasında yaşayır. 
İsanın zamanındakı çarmıxlarTau adlanırdı.
Bu xaçdakı düz taxtalara Patibulum deyilirdi. 
Təşkil edilmiş çarmıx günahkarı ona bağlamaq üçün gərək 4 metr hündürlükdə olydı. Ağırlığı isə ən azından yüz kilodan artıq gəlirdi. 
Öldürülən insanların müəyyən orqanları kəsilir və sehir üçün istifadə edilərək başqalarına onları qoruyacağı məqsədi ilə yedizdirilirdi. Əsasən də dil, cinsiyyət orqanları və baş hissələri. 
O vaxtlar bəzi dini təriqətlərdə ölü əti yemək çox yayılmış, hətta ənənəyə çevrilmişdi. 15-ci əsrdə Avropanın zəngin, soylu adamları cinsəl güclərini artırar deyə, Mumiya əti yeyirdilər. Misirdən və digər yerlərdən edilən ticarətlərdən ən əsası və gəlir gətirəni toz halına gətirilmiş mumiyalar olmuşdur. Deyilənə görə, Avropada bu gələnək hələ də qalır. Son 20 ildə Misirdəki ehramlardan yoxa çıxan mumiyaların Avropaya hansı məqsədlərlə qaçırılmasının arxasında gəlirli ticarətlə birgə, lap qədimlərə gedib çıxan gülməli inanc durur. Mumiya yeyənlərin Avropada getdikcə çoxalması haqqında yayılan məlumatları isə elə Avropanın başqa bir mənbəsi təsdiqləmişdi. Aborgenləri bu gün bəlkə də başa düşmək mümkündür. Ancaq mumiya əti yeyənlərin daha ağıllı olduğunu o qədər də zənn etmək mümkün deyil. 

4. Xaç sözü ilk dəfə Afrikada səsləndirilmişdir. Yeni Ahiddə xaç sözü deyil, çarmıxa gərilmə sadəcə iki evangelis tərəfindən istifadə edilmişdir. 
Xaçın digər bir simvolik özəlliyi onun İsanın imzası olmasıdır, imzası kimi qəbul edilməsidir. Xaçın kilsə tərəfindən əsas kod və şifrə olduğunun mənimsənilməsi İsanın ölümündən 350 il sonra reallıq qazanmış, xristian ideologiyasının aparıcı gücünə dönüşmüşdür.
Bu illərdə Konstantinin anası Helena Fələstinə gedərkən orda bir araşdırma başaladılmasına qərar verir. Helena İsanın üzərində öldürüldüyü xaçı axtarıb tapdırmış, sonra bu xaçı Helena Qüds kilsəsinə hədiyyə etmişdir. Konstantinin əmriylə xaç bu vaxtdan etibarən xristianlığın simvoluna çevrilməyə başlayır. O gündən bu günə xristian kəsimin sevgi və sayqısı Helena xanımın müqəddəs ruhu üzərində qoruyucu kimi dolaşıb durmağındadır. 
Xaç 200 dən çox qnostik, okkultist, ezoterik, alximik topluluq və gizli örgütlər tərəfindən istifadə olunur. Gül və Xaç qardaşlığı təşkilkatına görə, dünya 108 ildən bir aktiv olaraq yeni düzənə girməlidir. Vatikana görə, 1909-cu ildə dünyaya yeni düzən, niza m vermək istəyən bu örgütün nöbəti misssiyası 2017 ildə başa çatacaqdı. 
Gül və Xaç örgütünün istifadə elədiyi xaçla Kilsənin istifadə elədiyi xaçın oxşarlığı yoxdur. Gül və Xaç qardaşlığına mənsub insanlar bir birlərini parol sözlərlə tanıyır, başa düşürlər, aralarındakı ünsiyyət gücünü kifayət qədər qoruyub saxlaya biliblər. Hətta bir az da irəli gedərək, o klassik ünsiyyət vasitələrinin üzərinə yeni dönəmin tələbatını əhatə edən anlaşma, başa düşmə simvollarını, parollarını ehtiva edən sözlər də yaradıblar.
İncildə Mən başlanğıc və sonam. Deyərək İsa xaça aid İşıqı, günəşin simvolikasını qəsd erdirdi. Yəni bütün planetlərə istiqamət verən – Helios Pantokrator- idi. Mafiyanın- örgütün- sinələrində gəzdirdikləri xaç Qüdsün mükəmməl şəkli deməkdir. Bu yeni Quds Tövratda keçən bir Daş ilə əlaqəlidir. Bu Küp şəklindəki Daşın yer üzünə yerləşdirilməsindən bəhs edilirdi. Yeni Ahitdə Küp doğrudan doğruya Qutsalların Qutsalı adlanaraq guya Abrahamla Tanrının anlaşmasını içində gizlədən bir sandığı simvolizə edir. Bu sandıq Tanrının varlığının bulunduğu yerdir. 

5. Gülün şifrə sayısı 5 – dir. Bu da güllərin beş çəpərli olmasından, bütün güllərin beş çəpərli, beşli halda olmasından qaynaqlanır. Ulduz – prentaqram- simvolu Gül Və Məryəmlə əlaqədardır. Pentaqram Pifaqorun tələbələri tərəfindən şər güclərə, ruhlara qarşı istifadə olunurdu.
Əski qreq –yunan- geometrisinin sisteminə görə, gülün rəqəmsəl dəyəri 294-ü verir. Bu da qreqcə çağrı deməkdir. Bəli, məhz çağrı. 
294 rəqəminin şifrə dəyəri həm də İbrahimin Tanrısı deməkdir. 294 rəqəmi həm də Nəmrudun da adının şifrəsiydi. 4, 5, 6, 8 guşəli ulduzlar fərqli şifrələri və simvolları ehtiva edir. 
Yeddi guşəli ulduzu sağ əlində tutan İsa yeddi qat göylərin aləmin ruhunu daşıdığını göstərir. Dörd guşəli ulduz – Natonun simvolu- dört evangelin simvoludur. 6 guşəli ulduzlar isə 12 sayısını verir. Bu da 12 ulduz, gül++ məryəmi deməkdir. 6 sayısnın şifrəsi Kabbalada vav hərfinin simvoludur. 
Yəhudi Tanrısının JHVH-nın 3 hərvi VAV-dır. Bu ibranicədə çivi deməkdir. Həm də soylu övlad mənasını ifadə edir. Okkultistlər üçün beş guşəli ulduz bunun ifadəsidir. 
-Mədəni Mirasın- qurucuları hardasa 2000 ildir mafiya örgüt quraraq – Gizli gələnəyin – davamçıları olmuşdurlar. 
Bu gün Avropa birliyinin – qanunvericilərinin- hamısı Gül Və Xaç Qardaşlığı və bunların gedib bağlandığı təşkilatların üzvləridir. 
Son illərdə yazılmış minlərlə fantastik və elmi-uydurma romanlarında işlənən –doğaüstü- mövzuların hamısı – gizli gələnək – keçmişdən bu günə daşıdığı bilgilərə, məlumatlara əsaslanaraq hazırlanmış və yazılmışdır. Bu yazar və elm adamlarının çoxu –gizli örgütlərin- üzvləridir. 
Son: Əski qreq –yunan- geometrisinin sisteminə görə, gülün rəqəmsəl dəyəri 294-ü verir. Bu da qreqcə çağrı deməkdir. Bəli, məhz çağrı. Gülün hansı çağrı olduğu, kimlərin tərəfindən çağrıldığı da azdan-çoxdan məum oldu. 
Tarix gülə kifayət qədər mədəniyyətlərdə yer ayırmışdır. Gülün tutduğu yer qədər heç bir ad, məna, simvol yer tutmuş deyil. Bu gün Avropada, xristian dünyasında, yaxud bu təfəkkürlü şəxsiyyətlərin yaradıcılığında yaranan əsərlərin adları da dolayı yollarla gülün mahiyyəti, onun keçdiyi yolu, gələcəyə yönəlik mədəniyyət və tarix içərisindəki sərüvənini ortaya qoyur. Postmodern nəsrin banisi kimi tanınan Umberto Ekonun “Qızılgülün adı”, Nobel mükafatı almış türkiyəli yazar Orxan Pamuqun “Mənim adım qırmızı”, Rasim Özdərəninin “Gül yetişdirən adam”, Əlif Şafaqın “Aşq” adlı əsərindəki ifadələr birbaşa Gülün dini, mistik, fəlsəfi, ideoloji qatlarını, boyutlarını açır, açıqlayır. 
Gül bəşəriyyətə yenidən qayıdır. Onu biz qaytarırıq. Düşüncə və inanclarımız bu dəvətdə böyük zəhmətlərə qatlanmaq zorundadır. Gülü mafiyaların, gizli təşkilatların inhisarından çıxarıb İslamın əbədi nur, işıq sistemində qorumaq, orda böyütdükcə mənalandırmaq gərəkir. Peyğəmbərimizin rəmzi kimi Sufi ədəbiyyatında tufanlar qoparıb qasırğalar dəbərdən Güün İmperializmin, Qlobalizmin, Kürəsəlləşmənin inhisarına keçməsini istəməzdim.

inform.az

Yazıya 783 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.