Prezident komandasi adları Azerbaycan Tarixinə ve Poeziyasına qızıl herflerle yazilacaq evezsiz söz Ustaları, gözel ve ölmez Senetkar Şairlerimiz professor Mehmet İsmayıla, Saday Şekerliye, qeyretli tedqiqatçılarımızdan Professor Firudin Celilova olan 90-cı illerin köhnelmiş, üfunet veren kommunist müstevisinden baxmağa son qoymalıdır. Gelecekde prezident kürsüsünü kimlərin tutmasından asılı olmayaraq, bu Yaradıcı insanların TARİXƏ düşəcəkləri şübhəsizdir. Her şeyi öz yerinə qoyan gələcəkdən keşmişə axan ZAMANDIR! Bu qeder qurub yaradan, Azerbaycana yeni Nefes (Bibliyadan alınma Türk sözüdür) veren İqtidar bele haqsizliqlara dözmemelidir ve döze de bilmez. Doğrudur, o deyir ki, “Heç bir siyasi qüvvə bizi yolumuzdan döndere bilmez!”. Təki elə olsun! Bu yaxşı siyasetdir, Xalqın da, reğbetini qazanan siyasetdir.
Ancaq Mehmet kimi dünyada en qiymetli söz ustasının, Kamil Nerimanoğlu kimi söz xiridarının ve evezsiz tedqiqatçının, Mugam uzre professor dostum Rafik İmraninin qeriblik heyatları yaşamaları, ömürleinin sonuna kimi sözün esil menasında elden, Vetenden sürgün olunmaları heç bir mentiqe, adi insan haqlarına və birgəyaşayış qanunlarına sığmır. Saday Şekerli kimi qüdretli poeziya ustasının Vetende 4 baş ailesi ile evsiz-eşiksiz qalması heç bir Heqiqet yükünün altına girmir. Adamı bezen dehşet bürüyür: Ne teher olur ki, Gil Yazılı möhteşem bir tarix yazmış, kahkeshanli ilkin sivilizasiya yaratmış Ulu Türkü yeri geldi-gelmedi söyen, ünvanına ağzına geleni deyen, onu İttifaq seviyyesinde hemişe alçaldan, tapdayan, düşmenlerimiz semtinden ona “Barbar, vehşi, qaniçen, köçeri” deyen tarixçi İqrar Eliyev kimi xalqa, Vetene yad ünsür vaxtında prezident fermanı ile Şöhret Ordenine layiq görüle bilir, dünyevi faktlar ve yazılı tarixi materiallar esasında xeste ola-ola Türkün İslamaqederki Tarixine 9 CİLD ESER (BİTİ) hesr etmiş Professor Firudin Agasıoğlu 150 manatlıq pensiyaya mehkum edilir? Qandallanır, böyük ailəylə hər nemətə möhtac saxlanılır? Ne teher olur ki, Mehmet Şairin özü demişgen, bezi “başı boş” jurnalistler devlet qayğısına büründükləri halda (pulsuz menzil, medal), 6 min 500 illik Azerbaycan Edebiyyatına ve Elmine (onların esası 6500 il bundan once yaşamış Enlil İsme Dağan terefinden gil lövhələrdə qoyulub) bu qeder xidmet göstermiş, onun ağır polad sütunu olan, Türkiyede de Azerbaycan Edebiyyatını ve Poeziyasını (onun da esasın qoyan E.İ. Dağandır) yaşadan, onları tedris ve tebliğ eden Professor Mehmet İsmayıl haqsızlıq ucundan Vetene qayıdıb Vetende onun qızıl sehifesine çevrile bilmir? Ne teher olur ki, Azerbaycan roman janrının aparıcı qolu olmuş, Veten uğrunda canını verib Sovet İttifaqı Qehremanı kimi şerefli ada layiq görülmüş bahadurun qardaşı, Qarabağ döyüşlərində düşmən gülləsindən 30 yaşında heyatını itirimiş Mehemmed kimi oğlunu qurban vermiş ata, Xalq Yazıçısı Sabir Ehmedin mezarı Bakı kendlerinın birinde atılmış qalır? Tekce ona görə ki, onu menfur memur ideyası olan “Bizden deyil” küpündə qara rənglə boyamışdılar? Üstündən yadlıq ve tekebbürlülük cındırı, çamuru yağan bu termini cesur Şair ve deputat Sabir Rüstəmxanlıdan almışam. Bu termini o, mehz Sabir Ehmedin defni zamanı yuxarılarda rastlaşdığı biganəlik zamanı yuxarıdan da eşitmişdi.
Şair Mehmet İsmayıl Jurnalıst “sürüsünü” hemkarları Zahidi desteklemeye çağıranda gören, özü öz yadına düşdümü? Esline qalsa, ele onun özü Qenimet Zahidden qabaq Azerbaycan Merkezi Metbuatına – Azerbaycan TV-ne rehberlik edirdi. Onun özü vaxtile en populyar edebi jurnalın neçe iller baş redaktoru idi. Bizi bizi sevmeyen Sovetler İttifaqında tanıdırdı, dünyaya edebi, şeir sesimizi yayırdı. Ve Azerbaycanın bir nömreli Şairinden elave, hem de o, Azerbaycanın bir nömreli de Jurnalisti idi. 60-90-cı illerde Respublika üçün neçe-neçe taleyüklü azman meqalelerin de müellifi idi. Jurnalist qelemi ile yazırdı onları, belke de Şair teki yox. İndi deyin, Eziz Şair, Sizi – kendinizi bu Vetenden uzaq salındığınız bu 20 ilde (?) birce kere qelemile yad eden, taleyinizin etrafında öz oxu üstünde tersine fırlanan yuxarıdan enmiş edebsiz “Bizden deyil” ideyasını tenqid eden bir hemkarınızın qayğısına tuş geldinizmi? Birce neferi dillendimi ki, “Ayə ay insafsızlar, bu VETENSEVER İNSANLA, VETENOĞLU ile niye bele reftar edirsiniz? O uzaqda otursa da, Qenimet Zahiddən fərqli olaraq, ünvanınıza nalayiq sözler demeyib, sizlerın “kübar” namınızı, heysiyyatınızı incidən bircə kəlmə də deməyib axı? Nedir onun günahı, suçu?” Vaxtilə Heydər Əliyevi Milli Meclisin iclasında hay-küyə basan qaragüruhçu sürüsünü Bextiyar Vahabzade güclü mentiqi ile susdurduğu kimi, siz de, dilimizin qrammatik qanunlarını belə bilməyən jurnalistlər kütləsini Zahidə arxa durmağa çağırırsınız, özünüz bu durumda ola-ola, bu pis zamanda. Sizde ürəyə bax ki, özünüz çox-çox iller qabaq Vetenden qovulsanız da, özünüzün deyil, Qenimet Zahidin hüquqlarını qorumağa çağırırsınız yaltaqlar “sürüsünü”. Sürünü qurda çoxdan qurban vermiş ehlikefler ehlini. Can, Can!
Tariyel Azertürk,
DR.PROFESSOR, şümerşünas, ABŞ
Yazıya 1105 dəfə baxılıb