Azərbaycan Yazıçılar Birliyinin qzvü, Qərib təxəllüsü ilə tanınan Rauf Alagözovun “SİLƏ” adlı kitabı işıq üzü görüb.
Kitab AYB kitab layihəsi çərçivəsində MÜTTƏRCİM nəşriyyatında çap olunub geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitabda Qəribin sevilən şeirləri yer almış, kitabın ön sözünü Azərbaycan Jurnalının poesiya şöbəsinin müdiri Qəşəm Nəcafzadə yazmışdır.
156 səhifəlik kitabın korrektor və redaktoru Şəhriyyə Qəzənfərqızıdır.
“SİLƏ” şairin işıq üzü görən ikinci kitabıdır. Birinci kitabı “QƏRİB DÜNYAÇ” adlı şeirlər toplusu 2012 ci ildə oxucuların ixtiyarına verilmişdi.
Yazıya 660 dəfə baxılıb