Məlum transfarmator əhvalatı yaxşı bir sonluqla bitsəydi deyərdim ki, belə əhvalatlar tez-tez olsun. Çünki camaatın başını qatmağın başqa yolu yoxdur. Amma təəssüf ki, axırı pis qurtardı o hadisənin. Olan oldu, keçən keçdi, hərə bir cür fikir bildirdi, hərə bir yazı yazdı.Mən o məsələnin məğzini bilmirəm, Çünki çox qurdalayacaqsan ümumiyyətlə deyəcəklər ki, o gənclər o məkanda dərs hazırlarmışlar və TQDK-nın testlari ilə məşğul imişlər.Əslində bizim camahatın ən pis xasiyyəti bir şey düşünüb, başqa şey danışmaqdır. Bu xüsusiyyət elə yazarlarımızda da var. Son illər qaramat kimi üstümüzə çökən təzə fikir demək həvəsi lap biyabırçı günə qoyub hamını.Hamı çalışır ki, nəsə əks, maraqlı, əcaib fikir yürüdüb aləmi özünə məftun eləsin. Neçə gündür qəribə fikirlər oxuyuram. Çünki o hadisə haqda dörd-beş versiya var.Bu fikirləri köşə yazısı şəklinə salanlar da var.Məqsədim o gəncləri ittiham etmək,günahlandırmaq deyil.Ümumən yazımın bu hadisəyə dəxli yoxdur. Məqsədim bar-bar bağıran, Azərbaycanda gənclərin sevmək hüququ taptalanır deyənlərin fikirini azca olsa anlamaqdır.Bu neçənci hadisədir ki, yazarlar bu hadisəyə fantastik fikirlər bildirirlər. Neçə gündür oxuduğum bir çox yazılarda və paylaşımlarda bu fikirlərlə qarşılaşıram “Yazıq gənclər sevişmək üçün yer tapmırlar”,”Onları məcbur ediblər ki, girib gözdən uzaq yerdə sevgi ilə məşğul olsunlar”.,Adam sevgilisi ilə metroda rahat ünsiyyətdə ola bilmir və s. Əvvəla sevişmək və sevmək başqa-başqa şeylərdir.Evli olmayan, müsəlman, Azərbaycanlı gənclərin bu cür açıq-saçıq görüşməsi nə məcburdur?Məgər məhəbbət təmasla, öpüşləmi ölçülür. Bunu yazan adamların doğrudan da bu fikirdə olması məndə şübhə doğurur.
Gəncliyin hansı hüquqları taptalanıb? Qızlar paytaxt küçələrində demək olar ki yarımçılpaq gəzir, sosial şəbəkədən rahat istifadə edi,deputatlığa namizədlik irəli sürür,avtomobil idarə edir, Oğlanlar yayda şortiklə gəzir, küçədə istədiyi kimi hərəkət edirlər.Toyda gənclər böyüklərinin yanında qucaqlaşıb rəqs edir,biri-birinə tort yedirdir,açıq-saçıq şəkillər çəkdirirlər.Gəlin paltarlarının da ki şükür allah nə kürəyi var, nə sinəsi. Eləysə hansı azadlığı çərçivələnir ki, gəncliyin?Bu azadlığın nəticəsidir ki, bu gün qurulan ailələrin 80%-i boşanma ilə sonlanır.
Sizin mentalitet köhnəlik qalığı hesab etdiyiniz ənənələrin hesabina dağılmır bir çox ailələr. İndi nə məsləhət görürsünüz, küçələrə yorğan-döşək ataq? O sizin dediyiniz azadlığın nəticələri uşaq evlərində aydınca görünür.Ümumiyyətlə tində-bucaqda görüşmək nə zamandan mədəniyyət və sevgi adlanıb ki?
Sevgi hər bir xalqın tarixi köklərində özünəməxsus şəkildə təzahür edir. Nə qədər çalışsan da, bundan nə bir qarış yuxarısan nə bir qarış aşağı. Biz ancaq Azərbaycanlı kimi sevəndə gözəl sevirik. O ki, qaldı fərqli fikir söyləmək istəyən yazarlara, nə yazırsan yaz, nə danışırsan danış zaman hər şeyi köhnəldir, taptalayır və unutdurur.
Yetər, nolar bir dəfə də düşündüyümüzü danışaq və yazaq. Qoy milləti azadlığa səsləyənlər, Bakı küçələrini Faransa parklarına bənzətmək istəyənlər, Təcrübəni əvvəlcə öz ailələrinin üzərində aparsınlar.
Yazıya 689 dəfə baxılıb