Tural Sahab – Gənc ədiblərin əlli diplomçusu…

tural sahabSon günlərdə Gənc ədiblərin əlli nəfərə diplom verməsi bir çox yerdən səsin gəlməsinə səbəb oldu. Etiraz edənlər…dəstək verənlərə qarışdı, tənqid edənlər də, tərif edənlər. Oradan diplom alanların içində bir neçə dost da mənim olduğu üçün bu mövzudan yazmaq istəmədim, ancaq özümə söz keçirə bilməyib, yazıram…. yazıdan sonra dostlar incisə də canları sağ olsun. Insanın ən yaxın dostu inandığı doğruları, sahib olduğu əqidəsidir, fikirimcə. Gənc ədiblərin toplantılarında sadəcə bir dəfə iştirak etdim, bir daha da iştirak etmək fikrim yoxdu. O bir dəfə də anladım ki, orada azad düşüncəli yazar, şair yetişə bilməz. Ağzımı açıb, bir söz deyən kimi “ mentalitetçidi” deyib, kiritməyə çalışdılar… nəisə mövzu bu deyil…

Azərbaycan ədəbiyyatını qədim dövrdən ən yeni dövrə qədər axtarsaq əlli yazıçı, şair güclə tapa bilərik. İndi siz deyin əlli adama birdən yazıçı oldu deyə diplom vermək nə deməkdir? Vəya orada qələminə inananlar necə razı oldu görən bu qədər adama verilən bir diplomu almağa?! Şəxsən, mən qəbul etməzdim belə bir şeyi..

Bu ədəbi mükafatları, diplomları kim verir, necə verir bilmirəm. Ancaq son zamanlarda iki sətir yazan deyir ki, mənim filan mükafatım var, filan…filan diplomlarım var. Belə çıxır ki, bunlar ya ehsan kimi paylanılır, ya da ki, satılır. Vallah ağlıma başqa şey gəlmir. Yoxsa ədəbiyyatı, sözü bu qədər qiymətdən, dəyərdən salmazlar axı. N’ vaxt TV- ni açıram tanımadığım bir şairə rast gəlirəm. Filan mükafatın sahibi…filan diplomun sahibi.. deyə. Ancaq nə qədər axtarsam da onun yazdıqlarından bir söz də tapa bilmirəm. Siz Allah bu qədər şairi haradan tapırsız, tapıb da mükafat verir, efirlərə dəvət edirsiz. Axı ədəbiyyat ciddi bir sahədir. Belə gülməli hadisələr yalnız və yalnız onu gözdən sala bilər, ona baş ucalığı gətirməz axı…

Son zamanlarda gördüyüm bir çox istedadlı qələm sahibi AYB dən kənardadı. Kimdir burada günahkar olan? Axı bu qurum dövlətindir, hansısa özəl bir şirkətin deyil ki, deyək ora getmək istəmir bu insanlar. Gənc ədiblər də AYB nin tərkibində fəaliyyət göstərən bir ədəbi məktəbdir və əlli nəfərə birdən diplom verir. Sabah bu insanlar, bu diplomu soxacaq gözümüzə ki, bax mənə filan yerdən diplom verdilər, mən yazıçı və ya şairəm. İndi gəl özünü öldür ki, əksini ona sübut edə biləsən.

Qaldı ki, o diplomu alan bir neçə istedadlı dostumu da təbrik edirəm, əlbət bu seçim onlarındı, mənə də dostlarımın seçiminə hörmət etmək düşər…

Yazıya 1843 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.