Üsyan qaldıran azərbaycanlı general…

Daima öz cəsarəti və hünəri ilə seçilən igid oğullarımız hərb işini gündəlik həyat tərzi kimi qəbul ediblər. Məşhur rus tarixçisi,türkoloq Lev Qumilyov öz xatirələrində yazırdı:” Azərbaycanlılar anadan doğulanda hərbiçi doğulurlar. Savaşmaq, mübarizə aparmaq bu millətin amalıdır. Onlar cəsur bir türk xalqıdır.”

Görünən isə odur ki,  azərbaycan xalqı öz soy-kökünə sadiq bir xalq olub. Xalqımız onu sevənlərə öz sevgisini nümayiş etdirib. Amma nə yazıq ki, bizim qonşuluq baxımından bəxtimiz gətirməyib. Özümüzə tarix boyu dost bildiyimiz, dar gündə yardım etdiyimiz ermənilər düşmən kəsilib. Tarixə nəzər saldıq görürük ki, ermənilər tarixin istənilən dönəmində xalqımıza dönük çıxıb xəyanət ediblər. Xəyanətkarlıq, satqınlıq ermənilərin ən ümdə amalı vəzifəsi olub. İstər XIX əsrdə,istərsə XX əsrdə ermənilər öz xəyanətkarlıqlarından əl çəkməyib. İmkan düşəndə onlar xalqımızın igid oğullarına qarşı terrordan belə çəkinməyiblər.  Ermənilər haqda dünyada ən məşhur deyimlər məhz bu xalqın iç üzünü açır. Məşhur rus yazıçısı Aleksandr  Qriboyedov Rus imperatoruna yazırdı:”Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ermənilərin səpələndiyi coğrafi termin olub güclü dövlətlərin-assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqalların, rusların. Öz mübahisələrini həll etdikləri yer olmuşdur. Mən ermənilərlə heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir.”

Ermənilər məhz öz hiyləgərliyi,və alçaqlığı ilə   Azərbaycanımızın tanınmış insanlarını ləkələyir,onları sıradan çıxarmağa çalışırdılar. Bu əməlləri baş tutmayanda isə onlar həmin adamları xüsusi muzdlu qatillər vasitəsilə öldürürdülər. Ermənilərin hədəfinə çevrilən igid Azərbaycan oğullarından biri də general-mayor Qamboy Vəzirov idi.

Qamboy Vəzirov 1899-cu ildə qədim Azərbaycan torpağı Gümrüdə anadan olub. Kiçik yaşlarından hərb sənətinə marağını nəzərə alan valideynləri Qamboyu hərbi məktəbə oxumağa göndərirlər. Hərbi məktəbi bitirən Qamboy Vəzirov yenidən təhsilini artırmaq ücün xüsusi kursa göndərilir. Təhsilini başa vuran Qamboy Vəzirov  1918-ci ildə müstəqil Azərbaycan ordusunda xidmətə başlayır. 1918-ci ilin dekabrında gənc zabit Türkiyəyə təhsilini artırmaq ücün göndərilir. 1919-ci ildə vətənə qayıdan Qamboy Vəzirov Milli Orduda xidmətə başlayır.

Gənc zabit Qamboy Vəzirov Qarabağ döyüşlərində iştirak edir. Erməni daşnakları ilə savaşda yüksək bacarıq və cəsarət nümayış etdirən Qamboy Vəzirov ordu rəhbərliyi tərəfindən mükafatlandırılır. Peşəkar Hərbiçi olan Qamboy Vəzirov 1920-ci ilin martında kapitan rütbəsi ilə təltif edilir. Cəmi 21 yaşı olmasına baxmayaraq ona ordu rəhbərliyi tərəfindən yüksək etimad göstərilirdi. Cümhuriyyətimizin suqut etməsindən sonra təyziqlərlə üzləşən Qamboy Vəzirov hərb işindən uzaqlaşmaq istəyirdi. Lakin o yenidən ordu sıralarında xidmətə başlayır.

Gənc zabit  1920-ci ildən 1922-ci ilə Qazax, Cəbrayıl və Qarabağda Sovet Ordusu tərkibində daşnakların bu ərazilərdən təmizlənməsi əməliyyatlarında iştirak edir. Maraqlı məqam ondan ibarətdir ki, Sovet Ordusu tərkibində döyüşlərdə iştirak edən Qamboy Vəzirov bu əməliyyatlarda aparıcı hərbiçilərdən biri idi. Bu amil sonralar onun ermənilərin hədəfinə çevrilməsinə səbəb olur. O, 1922-ci ildən 1924-cü ilə qədər Rusiyada Qızıl Ordu Hərbi Akademiyasında təhsil alır. Təhsilini başa vuran Qamboy Vəzirov hərbi məktəbin rəis müavini təyin edilir.

1927-ci ilin Oktyabrında isə podpolkovnik Qamboy Vəzirov üçüncü Qafqaz qərargahının rəisi təyin edilir. Bir qədər sonra isə Qamboy Vəzirov daha yüksək vəzifəyə Onun həbs əvvəl 77-ci Azərbaycan atıcı Dağ Diviziyasına komandir təyin edilir. Lakin ona qarşı hücumlar səngimirdi. Ermənilər bu Qamboy Vəzirovun Sovet dövlətinin düşməni olduğu haqda məktublar yazırdılar. Qamboy Vəzirovun xəyanətkar olduğunu Qızıl Ordu rəhbərliyi qəbul etmək istəmirdi. Ordu rəhbərliyi Qamboy Vəzirovu 1935-ci ildə general-mayor hərbi rütbəsi ilə təltif edir. Məhz bundan sonra gənc generala qarşı ermənilər açıq savaşa başlayır. Ermənilərin uzun müddət apardığı qarayaxma kampaniyası uğurlu nəticələnir. 1937-ci ildə general-mayor Qamboy Vəzirov həbs edilir.

Ona qarşı irəli sürülən ittihamlar içərisində 77-ci Azərbaycan atıcı diviziyası ilə birlikdə qiyam qaldırılması göstərilir. Maraqlıdır ki,mərhum akademikimiz Ziya Bunyadov general-mayor Qamboy Vəzirovun Sovet Hökümətinə qarşı üsyan qaldırdığını təsdiqləyir. Akademik Ziya Bunyadov yazdığı xatirələrdə 77-ci Azərbaycan diviziyasının tamamilə azərbaycanlılardan ibarət olduğunu xatırladaraq, onların vətən naminə etiraz etdiyini yazır. Başqa maraqlı məqam ondan ibarətdir ki, gənc generalın istintaqının erməni Avanesyan aparırdı.

Faktlara əsaslanıb onu söyləmək olar ki, istintaq heç bir dəlil subut tapmasa da 1937-ci ildə general-mayor Qamboy Vəzirov istintaq zamanı müəmmalı şəkildə dünyasını dəyişir.  Başqa maraqlı məqam ondan ibarətdir ki,  istintaq zamanı ona təzyiq etmək istəyən erməni müstəntiqi Qamboy Vəzirovun döyməsi faktı məhz cinayət işində öz əksini tapıb.

İstinad: Fedai.az

Yazıya 480 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.