Gədəbəy rayonunun Miskinli kəndində Azərbaycan Vətən Müharibəsi qəhrəmanlarının adına ucaldılmış xatirə kompleksi açıldı (fotolar+video))

WhatsApp Image 2021-10-27 at 12.01.3327 oktyabr 2021 ci il tarixində Gədəbəy rayonunun Miskinli kəndində Azərbaycan Vətən Müharibəsi qəhrəmanlarının adına ucaldılmış xatirə kompleksinin açılışı oldu.

Kənd əhalisinin, Gədəbəy rayon şəhidlərinin ailələrinin, Gədəbəy rayon rəhbərliyinin, Vətən müharibəsi qazilərinin, veteranlarının, media nümayəndələrinin və ziyalıların iştirak etdiyi tədbirdə şəhidlərimiz bir dəqiqəlik sükutla

yad edildi.

Heykəltəraş, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fərman Qasımovun layihəsi ilə həyata keçirilən kompleks Miskinli kənd əhalisinin və Rusiyada yaşayan azərbaycanlılardan ibarət “Miskinli oğulları” qrupunun təşəbbüsü və maddi dəstəyi ilə ucaldılıb. Bundan əlavə, ziyarətgahın ərsəyə gəlməsində Gədəbəy rayonunun sabiq İcra başçısı İbrahim   Mustafayevin və   Milli Məclisin deputatı Sevinc Hüseynovanın yaxından dəstəyi olub.

Tədbir boyunca Miskinli kəndinin şəhidlərinin – Tağıyev Şamət, Pirverdiyev Söhrab, Sadıqov Kamil, Müzəffərli Kənan, Mustafayev Elvin, Əliyev Elsevər, Əliyev Bəybala, Məmmədov Əkbər, Fərzəliyev Aydın, Bayramov Elçinin və Vətən Müharibəsi şəhidlərinin adları böyük hörmətlə anıldı, fotoları önünə əklillər düzüldü.

Tədbir Gədəbəy rayon rəhbərliyinin, Gədəbəy rayon ağsaqqallarının,  və  məktəblilərin şeirləri ilə davam etdirildi.

Tədbirin sonunda kompleksinin önündə xatirə fotoları çəkildi.

 

WhatsApp Image 2021-10-27 at 12.01.36

WhatsApp Image 2021-10-27 at 12.01.36 (1)

WhatsApp Image 2021-10-27 at 12.01.34WhatsApp Image 2021-10-27 at 12.01.34 (1)WhatsApp Image 2021-10-27 at 12.01.33buWhatsApp Image 2021-10-27 at 12.01.32WhatsApp Image 2021-10-27 at 12.01.31WhatsApp Image 2021-10-27 at 12.01.31WhatsApp Image 2021-10-27 at 12.01.31 (1)WhatsApp Image 2021-10-27 at 12.01.30WhatsApp Image 2021-10-27 at 12.01.27 (1)WhatsApp Image 2021-10-27 at 12.01.26WhatsApp Image 2021-10-27 at 12.01.25WhatsApp Image 2021-10-27 at 12.01.20WhatsApp Image 2021-10-27 at 12.01.39WhatsApp Image 2021-10-27 at 12.01.40WhatsApp Image 2021-10-27 at 12.01.44WhatsApp Image 2021-10-27 at 12.01.41WhatsApp Image 2021-10-27 at 12.01.39 (1)WhatsApp Image 2021-10-27 at 12.01.45 (1)WhatsApp Image 2021-10-27 at 12.01.47 (1)WhatsApp Image 2021-10-27 at 12.01.46

 

Fotolar Gədəbəy rayon Mədəniyyət Mərkəzinin metodisti Röyal Rüstəmova aiddir.

    Yazıya (836) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.