Xərçəng riskini azaldan giləmeyvə

qaragile

Qəbul etdiyimiz bir çox qidalar xərçəng və alzaymer xəstəliyi riskinin azaldımasına kömək edir. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, belə qidalardan biri də qaragilədir.

Mütəxəssislərin fikrincə bu giləmeyvə xərçəng riskini azaltmağa, ürək xəstəliklərinə, həmçinin alzaymer xəstəliyi ilə mübarizə aparmağa kömək edən xüsusiyyətlərə malikdir.

Alimlər araşdırma apararaq, qaragilə giləmeyvəsinin alzaymer xəstəliyinin dağıdıcı effektlərinin qarşısını ala biləcəyini müəyyənləşdirməyə çalışıblar. İlk olaraq heyvanlar üzərində aparılan, daha sonra insanlar arasında keçirilən təcrübələr zamanı aydın olub ki, qaragilə yaşlı insanlara müsbət təsir edə bilər.

Aparılan tədqiqatlarda yaşı 62-dən çox olan insanlar iştirak ediblər. Gələcəkdə isə bu təcrübənin daha gənc- 50-65 yaşlı, alzaymerdən əziyyət çəkməsə də, bu riski daşıyan insanlar arasında aparılması gözlənilir.

Xatırladaq ki, son laborator tədqiqatların müəllifləri bildiriblər ki, onlara çox maraqlı qanunauyğunluğu tapmaq mümkün olub. Belə ki, məlum olub ki, əqli zəiflik və alzaymer xəstəliyi insanda mövcud olan zərərli vərdişləri ilə sıx bağlıdır.

Yazıya 516 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.