Şüşələrin uzun müddət təmiz və parlaq qalması üçün…

suseQadınlar üçün şüşə silmək işgəncədir desək yanılmarıq. Silinən şüşənin künclərində qalan ləkələr, çıxmayan  çirklər, bezin şüşədə buraxdığı izlər və daha saymaqla bitməyən problemlər başımızın bəlasıdır. Pəncərə şüşələrinin parladılmasının sadə asan və eyni zamanda effektli qaydasını təqdim edirik. Bu üsulla daha az vaxt sərf edərək, daha yüksək nəticə əldə edəcəksiniz.

Lazım olanlar:

3 litr su
Yarım çay stəkanı qabyuyan maşın parladıcısı
1 x/qaşığı duş geli

Hazırlanması və tətbiqi:

3 litr suyun içərisinə yarım çay stəkanı qabyuyan maşın parladıcısını əlavə edib qarışdırırıq. Pəncərələrin tozunu aldıqdan sonra hazırladığımız qarışıq ilə şüşələri silirik. Bu üsulla sildikdən sonra 1 ay şüşələr ləkə tutmayacaq. Təbii ki, yağışlı havalar istisna olmaqla. Bu metodla mebellərinizi də silə bilərsiniz.(qadinklubu)

Yazıya 430 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.