“MÜBARİZLƏR” – VƏTƏNPƏRVƏR GƏNCLƏRİN MİLLİ QƏHRƏMANIMIZ MÜBARİZ İBRAHİMOV HAQQINDA ÇƏKDİYİ FİLM + VİDEO
Son zamanlar gənclərin milli ruhda tərbiyələndirilməsi, milli təbliğatın mədəni yolla inkişaf etdirilməsi sahəsində dövlətimizə əvəzsiz xidmət edən, bu müqəddəs işlə tamamən təmənnasız məşğul olaraq milli-vətənpərvər mövzuda artıq 10 film (“BOZQURDUN İNTİQAMI”, “DİRİLİŞ ERGENEKON”, “VƏTƏN BAYRAQDIR, BAYRAQ NAMUSDUR!”, “TARİX DƏRSİ”, “MÜBARİZLƏR”, “TUĞ”, “MÜBARİZLƏR 2”, “ANA LAYLASI”, “TARİX DƏRSİ 2”, “MÜBARİZLƏR 3”) çəkmiş gənc istedadlı yazar, ssenarist, aktyor, rejissor və müəllim olan Elşən İsmayıl film barəsindəki suallarımızı cavablandıraraq qısaca bildirdi ki: “Bu film öncəkilər kimi orijinal süjet və mövzuya malik olsa da, texniki keyfiyyət və hadisələrin daha realist təsviri baxımından əvvəlki filmləri (öz filmlərin nəzərdə tutur) kölgədə qoyur… Mövzu, Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəhid olduğu andan sonrakı siyasi-ictimai proseslərə aiddir. Filmdə ssenaristin uydurduğu bədii süjet xətti əsas olsa da, filmin başlanğıc və son səhnələrində, eləcə də obrazlar arası qurulan dialoqların mətnində cəmiyyətimizi düşündürəcək ciddi milli-təbliğati və ümumsiyasi mesajlar vardır… Film, Milli Qəhrəmanımız Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunaraq dövlətçiliyimizə, güc strukturlarımıza, şanlı ordumuza mənəvi dəstək məqsədiylə çəkilib…
Bununla belə qeyd edək ki, filmdə eyni zamanda gənc sənət adamları, milli vətənpərvər ruhlu insanlar iştirak edir. Onlardan əsas olaraq “Mayor QARAXANLI” rolunda Ceyhun Sadizadəni, “Kapitan AĞHUNLU” rolunda Əkbər Əlini, “ALPARSLAN” rolunda Azər Carleone-ni, “XIDIR” rolunda Şahin Şəbiyevi və s. misal göstərmək olar… Digər rolları isə FARRUKH_JK, Nurullayev AGAKERİM, Murad Rəsulov, Rəsul Babazadə, Elnur Ağazadə, Ceyhun Əliyev, Rəsul Həzin, Natiq Rəhimxanov və başqaları canlandırırlar.
Filmin ikinci rejissoru Azər Carleone, operatoru isə Cahid Ağazadədir.
KULTUR.AZ sizlərə filmi təqdim edir:
Məlumat verdi: Filmin Mətbuat Xidməti
Yazıya 492 dəfə baxılıb