Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” sənədli filmi Los-Ancelesdə “FLICKFAIR” film festivalında bütün mərhələləri keçərək finala vəsiqə qazanıb və birincilik uğrunda mübarizəyə qatılıb.
Kultur.az xəbər verir ki, filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.
Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni isə Xalq artisti Eldost Bayram səsləndirir.
Qeyd edək ki, qaliblərə ümumi dəyəri 10 min ABŞ dolları olan mükafat veriləcək.
İstinad: Manera.az
Yazıya 406 dəfə baxılıb