“Polad ürəklər” – Şəhid Səxavət Məmmədov (video)

WhatsApp Image 2021-01-02 at 16.51.46Məmmədov Səxavət Adgözəl oğlu 24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub.

1998-ci ildə  Xəzər rayon Şüvəlan qəsəbəsində yerləşən İlqar Muradov adına 237 nömrəli orta məktəbə gedib,  2009-cu ildə oranı bitirib.

2009-ci ilin iyul ayında İmişli rayonuna hərbi xidmətə yollanıb.

 2014-cü ildən müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Goranboy rayonunda yerləşən “N” saylı hərbi-hissənin tank taborunda atıcı vəzifəsində xidmətə başlayıb. Həmin ilin sonlarında öz istəyi ilə ön cəbhəyə – Tərtər rayonuna yollanıb və “tuşlayıcı” vəzifəsində xidmətini davam etdirib.

            2016-cı ildə Aprel döyüşlərində iştirak edərək böyük şücaətlər göstərib.

            2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edib.

            26 sentyabrda Bakıya 5 günlük məzuniyətə gəlib, ailəsi və yaxınları ilə görüsüb həmin gecə xidməti yerinə geri dönüb…

            27-28 sentyabr 2020-ci ildə Tərtər Ağdərə istiqamətində gedən döyüşlərdə onlarla yaralı yoldaşlarını döyüş meydanından çıxarıb.

 29 sentyabrda ağır yaralanıb. Yaralı halda yoldaşlarına köməyə gedərkən, düşmənin açdığı atəş nəticəsində Şəhidlik zirvəsinə yüksəlib…

    19 noyabr 2020-ci ildə uğrunda canından keçdiyi Ağdam torpağında Şəhidlər xiyabanında dəfn olunub…

Ailəlidir. Dilək və Yusif  adında azyaşlı övladları var.

Yazıya 550 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.