Kultur.az-ın media dəstəyi ilə təqdim olunan “Körpələr evindən məktub” layihəsi daha çox cəmiyyətə,insanlara, valideynlərə, uşaqdan böyüyə hər kəsə SOS-dur. Bütün iştirakçılara təşəkkür edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
Yeganə Cəfərova — Anama
Bu məktubu illərdir heç olmasa bircə dəfə də olsa üzünü görmək, ilıq nəfəsini duymaq, isti qucağına sığınmaq istəyi ilə yaşadığım ANAMA ünvanlayıram.
Ey, tənhalığımın xəyal dostu Anam! Bir bilsəydin necə çətindir mənim üçün anasız yaşamaq….
Hər gecə istərdim yatmazdan qabaq səni qucaqlayım, üz-gözündən opüm. Səhər erkən oyanarkən səni başım üstündə dayanan görüm.
Gecələr soyuqdan və tənhalıqdan kədərlənib ağlayarkən elə istəyirəm ki yanımda olasan.
Ay ana, bu gün mənim ad günüm idi,yeqin, yadındadır. Gözlərim hər dəfəki kimi yollarda qaldı. Mənimlə burda qalan uşaqlar, dayələr, müəllimlər təbrik etsələr də, mən səni görmək və səndən təbrik eşitmək istəyirəm.
Anacan, istəyirəm sən mənə öz əllərinlə tort hazırlayasan. Öz evimizdə yaşayım…. Axı niyə gəlmədin? Nə edim ki sən məni yadina salasan anacan?
Axi mən səni cox istəyirəm. Anacan, mən bilirəm sən mənim dalımca gələcəkcən və məni aparacaqsan evimizə.
Həm də, bilirəm niyə indi aparmırsan məni. …Mən böyüyəndə sən aparacaqsan məni burdan anacan. Mən buna əminəm, bilirəm mutləq gələcəksən dalımca ana…..anacan!

Yazıya 639 dəfə baxılıb