Sərxan Mənalı – Ay insafsız

serxanBilirsənmi nələr çəkdim?
Səndən ayrı ay insafsız.
Çoxalıbdır yaman dərdim,
Səndən ayrı ay insafsız.

İndi ürəyim ağrıyır,
Sənsizlik məni dağlıyır,
Heç xoş günümdə olmayır,
Səndə ayrı ay insafsız.

Hər gün mənə qəm olacaq,
Gözlərim hey nəm qalacaq,
Canımı bu dərd alacaq,
Səndən ayrı ay insafsız.

Baharıydı döndü qışa,
Oğulsansa indi yaşa.
Vallah dönəcəyəm daşa,
Səndən ayrı ay insafsız.

Gəl Sərxanı yaşat yenə,
Qaytar məni o günlərə.
Dərd düşübdür bu ürəyə,
Səndən ayrı ay insafsız.

Yazıya 1704 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.