Anam ağı demir ki,
Tanrını da ağladar.
Tanrı özü görmür ki,
Yer üzü ağı dadır?
xxx
Yer üzü qalıb bizə,
Qalsın bizdən sonraya…
Ver işıq bircə gözə,
Qalsın bizdən Tanrıya.
xxx
Son işıq sönə bilər,
Sönər qığılcımları…
Ay Tanrıdan dönənlər,
Göydən dərd damcılamır.
xxx
İşığı sönmüş adam,
Hər üzün gecə rəngdə.
Ay haqdan dönmüş adam,
Gör gözün neçə rəngdə?
xxx
İndi bəs necə ölüm,
Zəmanə qaranlıqda.
Ağ ölüm,gecə ölüm,
Ölüm nigaranlıqla?
xxx
Tanıyırıq hamımız
Qaranlıq adamları…
Qaralırsa dünyamız,
Hamımızın üstünə
Qaranlıq addımlamır???
Yazıya 737 dəfə baxılıb