Nə yaman qəhərli çalındı bayaq,
Bir udum su verin,su Vağzalıya.
Bir palıd ağacın qucaqlayaraq,
Bir oğlan ağlayır,bu Vağzalıya..
Bir gözüm ağladı,biri gül dedi.
Oğlan havalandı,bunu el dedi..
Göylər də,göylərə uçub gəl dedi,
Durna Vağzalıya,Qu Vağzalıya..
Bir ömrü yaşamaq,dümağ çətindi,
Gəlinlik paltarda,yamağ..çətindi.
Bu eşqi sinəmdən yumağ çətindi,
Ölsəm qoy desinlər,yu Vağzalıya..
***
Yoxdu
Məni satmaq çox çətindi,
Çünki,məni alan yoxdu..
Götür məni övladlığa..
Allah sənin balan yoxdu?
Hamının vardır ruzisi,
Bəxti,taleyi,yazısı..
Məndən gözəl əl quzusu,
Məndən əfi ilan yoxdu..
Nə gördümki,bu dünyada,
Şirin şirin salım yada..
Gəlim gedimli dünyada..
Çolaq çıxıb qalan yoxdu..
Həqiqətdən don biçərəm,
Geyib Sriatdan keçərəm,
Son yalana and içirəm,
Sözlərimdə yalan yoxdu…
***
Təndir çörəyi
Təndir çörəyi tək yanardı üzüm,
Ay ana harada yapılmışam mən.
Nə təndir,ay bala deyimmi düzün,
Palıd koğuşundan tapılmısan sən..
Yerini deməzdi hansı palıddı,
Bütün palıdları anam bilərdim..
Palıd qucağında yatıb durardım,
Palıd gölgəsində gölgələnərdim..
Uşaqdım,böyüdüm,anladım mən də,
Qalmadım anamı ziyarətimdən.
Harda bir kəsilmiş palıd görəndə,
Anamı yenidən itirirəm mən.
Anama gölgəndə yer tapa bildim,
Ay atam,ay anam,qardaşım palıd..
Anamı mən sənə tapşıra bildim,
Bəs səni mən kimə tapşırım palıd?
***
Mənə yoxsan
Mənə yoxsan demə..
Mən hələ varam.
Hələ xırdalanıb qutarmamışam…
Bir az ayağımı şeh isladıbdı,
Ucuz köynəyimi cırıbdı kollar..
Saçımın rənginə elə düşür ki,
Bu tozlu cığırlar,bu tozlu yollar..
Meşədə,dənizdə,bulağ başında,
Dağın zirvəsində görünərəm mən..
Uçuram,çapıram,üzürəm belə,
Xəyaldan qırılsam,sürünərəm mən..
Mənə yoxsan demə…
Nə olsun həyatda heç nəyim yoxdu,
Nə olsun görənlər dəli deyirlər…
Mənim aləmimdə mənim dünyamda,
Sevə bilməyənə ölü deyirlər..
Mənə yoxsan demə…
Batdım gözlərinin dərinliyində,
Çırpındım,dartındım çıxa bilmədim..
Yatdım bu dənizin sərinliyində..
Br də bu dünyaya baxa bilmədim..
Çünki,gözlərində batıb qalmışam,
Mənə yoxsan demə…
Yatıb qalmışam..
***
Mən bu gün
Mən bu gün meşəni,bulağı sevdim,
Uzaqdan görünən o dağı sevdim..
Hüduzsuz səmanı,ağ buludları,
Çiçəyi çırtlamış budağı sevdim..
Bütün gözəlləri,gözəllikləri,
Otları,gülləri,çəmənlikləri
Anamız,atamız torpağı sevdim…
Hayana baxıram görürəm səni
Hər dəfə görəndə ürəyim əsdi…
Deyəsən,
Deyəsən sevirəm səni..
Yoxsa mən bu qədər sevə bilməzdim….
***
Yazıya 767 dəfə baxılıb