LAMİYƏ ƏMRAHOVA – YUXUMA GƏLMƏ BİR DƏ

12180976_911532472262780_1980924133_oElə hey yuxumdasan

Gözüm yumulan kimi.

Ucsuz-bucaqsız dəniz,

Bir sən,

Bir mən,

Bir gəmi.

Qorxuram bu şirinlik

Oğurlasın qəlbimi.

Yuxuma gəlmə bir də.

 

Sənin bu qərib sevgin,

Ehtiras doğurursa.

El-aləmə car çəkib

Sirrini bağırırsa,

Məni də yuxularda

Öpüşə çağırırsa,

Yuxuma gəlmə bir də.

 

Məni əbədi sevgin,

Ömür dostun bilməsən.

Yolumda qurban gedib

Ağuşumda ölməsən,

Yuxu nağıl kimidi

Həyatıma gəlməsən

Yuxuma gəlmə bir də.

***

DODAQLARIN

Ağ gilasdı, şəftəlidi,

Çiyələkdi dodaqların.

Sehirləyib yıxır məni,

Nə kələkdi dodaqların.

 

Nə çəkmisən, nə qatmısan,

Şandı, baldı dodaqların.

Elçi düşüb bir gün məni-

Məndən aldı dodaqların.

 

əsrarına, sehrinə bax,

cana təpər dodaqların.

Dodağımda möhrünə bax,

Məni öpən dodaqların.

***

AXTARIRAM DURNALARI

Xəyallarım yorğun-yorğun,

Haraylayır dağlı bağrım,

Bizim göldə oğrun- oğrin,

Hərdən üzən durnaları.

 

Ay qız, dərdi boşa görüm,

Sər dəyməsin yaşa görüm.

Kaş yenidən qoşa görüm,

Bir vaxt süzən durnaları.

 

Aman vermir sıx dumanlar,

Xəyaldırmı bu gümanlar.

Axtarıram bir zamanlar,

Məni gəzən durnaları.

 

Göynəyirəm söz əlindən,

Alın, verin buz əlindən.

Bapbalaca qız əlindən,

Uçub bezən durnaları.

***

BAXIŞLAR

Bir gün qara telimi

köklədim sinəm üstə.

Cərgələndi ağılar,

Göynəyən sitəm üstə.

Döyükdü ürkək-ürkək,

Sağa-sola baxışlar.

Bəhanə nəyə gərək

Baxıb dola baxışlar.

 

Bir qızın şirinliyi,

Körpəlikdən yanadı.

Ata-ana əzabı,

Göz önündə qanadı.

Dikildi kövrələrək

uzaq yola baxışlar.

Büküldü kövrələrək,

Döndü qula baxışlar.

 

Başı lentli arzuma,

Baltasız cəllad oldum.

Ötüb keçən illərin,

Başdaşına ad oldum.

Yetim-yetim qısılıb

Cana bala baxışlar.

O can ipdən asılıb,

Dönər dula baxışlar.

***

ANAM LAY-LAY

Dumanlı körpəliyim, taxta beşiyim dindi,

Bala öz anasına layla deyəcək indi:

Kipriyində dən gilə,

Sil onu gülə-gülə.

Ömrün gümüş payında

Şirin-şirin mürgülə.

 

Həsrət qaldın yuxuya necə qəmlər əlindən,

Sənin cənnət qoxuyan bağrına həsrətəm mən.

Ay canım, gözüm ana,

Nə çoxdur sözüm ana.

əl boyda ürəyinə

qurbanam özüm, ana.

 

Qabar olmuş əlinlə ili illərə tikdin,

Üç övladın yolunda, ay ana, nələr çəkdin?

Şiprin layla dedi,

əziyyətinin barı.

əlinin üstündədi

qəlbimin şah damarı.

 

Yazıya 762 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.