Saday Şəkərli – Deyil

sadayQərarnan qurumur gözlərin nəmi,
ruhun azadlığı hökmnən deyil,
rəqəmlər deyir ki, qısadır ömür,
onun uzanması həkimnən deyil.

Adam var, zümrəsi qulnan ölçülür,
adam var çığırnan, yolnan ölçülür,
adam var namusu pulnan ölçülür,
adamdı, adamdan və kimnən deyil.

Sönməz, əbədidir mənim ulduzum,
istərsən ömrümü yuxutək yozum,
atın boğazıma kəndiri, susum,
xilasım mələknən, vəkilnən deyil.

Gəzin, mənə bənzər qərib axtarın,
cənnətin bağına girib axtarın,
mənə tab gətirən bir ip axtarın,
asılmaq günahım çəkimnən deyil.

Yazıya 1334 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.