Eşqin Məmmədov – Hələ deyilməmiş neçə sözüm var… (tək şeir)

 FB_IMG_1604595118094Şəhid dostum Abbasov İlkinin əziz xatirəsinə…

Bəlkə mənə tanrı rəva bilmədi,
Dərənmədim bu gülləri , bir daha.
Bu şeirin başqa cürdür qisməti
Ovundurar könülləri , bir daha.

Həyat bir iblisdir , işi xatalı ,
Ömrüm ötür tufanlarda bəlalı
Doğmalarla ,həm atalı ,analı
Çətin tapam o günləri , bir daha.

Hələ deyilməmiş neçə sözüm var
Bir övlad axtaran qəmli gözüm var
Hər daşda , cığırda , kiçik izim var
Ruhum gəzər o çölləri bir daha .

Yağışda , günəşdə cürüyür budaq
Köklərdi yaşayan torpaqda ancaq.
Həyat ağacından düşəndə yarpaq..
Yaşayarmı fəsilləri , bir daha ? !

Borcun ödənməzi , Ana bağışla !
İndi xatirəyəm bir qara daşda.
Bəzən büdrəyəndə, İlkin yapış da..
Tutarammı o əlləri , bir daha ?!!

    Yazıya (81) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.