Şəhid Hüseynov Röyan Sübhan oğlu (video)

röyan hüseynov

Röyan Hüseynov 2001-ci ilin 21 mart tarixində Azərbaycan Respublikasının Gədəbəy rayonunun Parakənd kəndində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhərində yerləşən Nigar Rəfibəyli adına 43 nömrəli tam orta məktəbində təhsil almağa başlamışdır. Eyni zamanda hələ uşaq yaşlarından Cüdo idman növünə olan marağından bu idman növündə böyük səylər göstərmiş, bir neçə uğurlara imza atmışdır.

Peşəkar olaraq Gəncə İdman klubunun idmançısı olmuş Röyan Hüseynov, dəfələrlə zona və Respublika birincisi olmuşdur. 2018-ci ildə təhsil adığı Nigar Rəfibəyli adına 43 nömrəli tam orta məktəbdən məzunu olmuşdur.

24 aprel 2019-cu ildə müddətli hərbi xidmətə yollanmışdır. Xidmətin bitməsinə 3 gün qalmış, 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır və əsgər Hüseynov müxtəlif istiqamətlərdə döyüşlərə qatılmışdır.

2020-ci ilin 10 oktyabr tarixində Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi uğrunda keçirilən Hadrut döyüşü zamanı düşmən snapyerinin atəşi nəticəsində şəhid olmuşdur. 11 oktyabr tarixində nəşi ailəsinə təhvil verilmiş və böyük izdihamla Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 

 

 

Yazıya 445 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.