“Katibə” ni “Menecer”lə əvəz Edən Müdir – Şəlalə Babayeva yazır…

Snapchat-1403114808Son illər iş bazarındakı elanlarla başqa vəzifə adı altında müştərilər vakansiyalara cəlb edilir. Yəqin ki, hələ illər öncə özünə iş tapmaq istəyən vətəndaşların əksəriyyəti belə işbaz şirkətlərin bir dəfə də olsa tələsinə düşə bilib. Başlanğıcda on manatın müqavilə əsasında ödənilməsiylə  başladılan işin arxasında tam olaraq kimlərin dayanmasını bilməsək də, təkcə məlum olan odur ki, belə şirkətlərin işinə faiz qarşılığında çoxlu insan qoşulur. Beləcə şəbəkə biznesi formalaşır. Sözügedən biznesin içərisində hətta kifayət qədər tanınmış, savadlı şəxslər də yer və vəzifə alır. Onların sırasında ekspertlər, universitet müəllimləri və digər ixtisas nümayəndələrini nümunə gətirmək olar. Biznesin müxtəlif sahələrində gəlirli iş vədi ilə qarşınıza çıxan həmin işbazlar səni dedikləri “biznes”ə cəlb etmək üçün əməlli- başlı tər tökürlər. Vicdanın kontekstindən çıxan həmin qrup insanların əməlləri ilə vədləri qətiyyən üst- üstə düşmür. Elə ilk danışıqdan səni aldatmaqları şüüraltı yolla beyinə sızır. Nəysə, mətləbdən uzaqlaşmayaraq bildirək ki, ilk iş uzun- uzadı telefon danışığı ilə səni dilə tutaraq şirkətə gəlmənizi istəməkdir. Gözlərinlə görməyincə, başına gələcək dələduzluğa şahid olmayınca əsl niyyətin nə olduğunu beynində çək- çevir edib, vicdanına haqq qazandırırsan.  Düşünürsən, bəlkə yanılırsan…?! Bu qədər tökülən dillərin qarşısında özünü daxilində anlıq da olsa şübhə etdiyinçün günahkar görürsən. Axı sən nə edəsən, başına gələn başmaqçı olar, gəlməyincə hardan biləsən ki, yalvarış, ikna sənəti həmin on manatdan ötrü  bu qədər inkişaf edə bilər?!

Əslində hər şey sadədir. Sizi aldatdıqları hər söz və əməllərində məlumdur, amma…amma  iş orasındadır ki, işsizlikdən qurtulmaq, avara qalmaqdan  xilas olmaq istəyən şəxs özünü ovutmaq üçün həmin o şirin yalandan yapışmağa məcburdur. Nə olsa da şansını bircə dəfə zorlamaqla özünü məcbur işin düşündüyü kimi olmamasına inandırmaqdır. Bütün əmmalar isə şirkətə köçürürəcək on manatın başındadır. Üzə düşüb aldatmaları bəlli olmasın deyə ilk mərhələdə sənə hətta təlimlər də keçirlər. Sözgedən işbaz təlimlərdə kifayət qədər tanınmış similar, xüsusən ali məktəb müəllimləri iştirak edir. Nəysə, bir, iki seminara özünü ələ alıb gəlirsən və aydın olur ki, sənə deyiləcək iş hansısa firmanın məhsulunu satmaqdır. Daha kimə, harda, necə bu onları maraqlandırmır. Yəni dedikləri biznes bundan ibarətdir. Bu zaman əlini üzüb, özünü danlayıb dinməzcə oradan ayrılmalı olursan. Onsuz başqa yolun da qalmır…

Bəli, həmin işlər illər öncənin taktikasıyla davam etməklə yanaşı erroziyaya uğrayıb, daha şox şəkillənib deyərdik. Məqsəd elə bu şəkillənmə ilə oxucuları tanış etməkdir. Bəlkə də artıq çox oxucumuz yeni qurulmuş iş tələlərinə düşüblər. Deyə bilərəm ki, sözügedən işin elə tərəfləri də var ki, inanıram çoxlarının da elə eşidəcəklərindən xəbərləri yoxdur.

Belə ki, iş bazarında bəzi vakansiyalar adı altında naməlum “vəzifələr”insanlara təklif edilir. Bəli, həmin vəzifələrin siyahısında insanları qorxutmamaqçün birinci iş “ad” ın eroziyaya uğradılaraq, daha “mədəni” formaya keçid edilməsi olur. Yəni sənə təklif edilən işlə veriləcək iş arasında en qədər fərq olur. Çox şirkət bunu özünü hətta işədüzəltmə şirkəti təqdim etməməklə edir. Axtarış saytlarında sözügedən şirkətlərin işədüzəltmə olduğu açıq- aydın göstərilsə də, sizə təklif etdikləri iş nədənsə öz şirkətlərindəki olan “iş” olur. Burada da qayda əvvəlki kimi eynidir. Yəni müraciət edən vətəndaşı ilk növbədə vakansiya ilə tanış olması üçün nəzərdə tutulan ödəniş gözləyir. Müştəri buna şirkətin əməkdaşları tərəfindən allı- güllü sözlərlə könüllü təşviq edilir. Bununçün dil pəhlavanı olmaq gərəkir.

“Öz şirkətinizə işçi axtarırsınız, hansı ödənişdən söhbət gedir?” sualına isə, “Biz proqramla işləyirik və müqavilə imzalayırıq. Başqa işədüzəltmə şirkətləri kimi deyilik.Ümimiyyətlə biz işədüzəltmə şirkəti deyilik. Müqaviləmizə qol çəksəniz və ödəniş etsəniz, əgər bəyənməsəniz, sizə başqa şirkətdə iş tapacağıq”

Anlayırsan ki, nəsə doğru deyil. İşə düzəlməmişdən əvvəl hansısa sənədə qol çəkdirmək yəqin ki, özü üçün kadr tələb edən heç bir işəgötürən şirkətin vəzifəsi deyil. Üstəlik sənə vəd edilən vəzifə menecer adı altında olur. Əgər razılaşsan, menecerin işini görüb, jurnalist olacaqsan. Hətta hüquqşünas kimi də işləyə bilərsən. Daha düzü özlərinin də dedikləri kimi adın sənədləşmədə belə gedə bilər. Həmin iş qruplaşmasında ən azı on beş nəfər qız olur.

Yenə də eyni qayda ilə o pulu səndən qopartmaqçün səninlə canla- başla əlləşirlər. Savadsızlığın dərəcəsi isə o həddədir ki, işçilər ağızlarından çıxan qeyri- ixtiyarı  cümlələrlə onlara çörək verən iş yerlərini ifşa edirlər:

“Əksərimiz jurnalistik, amma menecer işi görürük, yəni komandaya müştəri cəlb edirik. İstəsəniz lap hüquqşünas da ola bilərsiniz”

Axı mənim təcrübəm jurnalistika  sahəsindədir, necə hüquqşünas işləyə bilərəm sualına cavab verərkən dillər dolaşır. Bu heydə digər həmkarı söhbətə qoşulub sözün əsl mənasında işə düşən həmkarını vəziyyətdən çıxarmağa çalışır.

Əslində sizin səhv anladığınızı, üzünüzə dirənərək həmin qızın ixtisasca hüquqşunas olduğu və hazırda hüquqşünas kimi işlədiyini deyir. Həə, bir də burada necə jurnalist kimi fəaliyyət göstərirsiniz sualını verəndə isə deyirlər ki, “basqın”lara, “əməliyyat”a gedirik ”

Bu yerdə öz- özünə deyirsən ki, Əstafrullah! Basqın nədir, əməliyyat nədir? Bəlkə jurnalistika sahəsində mən səhv bilirəm, belə bir kəlimələr də varmış?

İzah verəndə onların dili ilə aydın olur ki, basqın və əməliyyat qəfil getdikləri çəkilişə deyilirmiş. Yaxalarında press kart gəzdirən bu qurumun sənədləşməsində qızlar bəlkə də jurnalist gedir, amma adi danışıqdan, xəbər anlayışından, çəkilişindən belə xəbərləri yoxdur!

Ələxsus, qısaca, həm menecer, həm jurnalistika, həm də digər vəzifələrin öhdəsindən bacarıqla gələn şirkətin birində hekayə beləcə bitir.

Digər menecer işi isə başınızdan dəhşətli tüstü çıxaracaq. Yəni bu menecer o birisi menecerin yanında toya getməli olacaq.

Söhbət hamının illərlə “katibə” kimi tanıdığı vəzifənin “menecer” ad ilə əvəzlənməsindən gedir. Qeyd olunan elandakı vəzifə də məhz bu məqamı sübut edir. Əlqərəz, vakansiyada aydın şəkildə təklif olunan əxlaqsızlıqdan bəhs edilir.

İş barədə vakansiya yerləşdirilmiş elanlardan birində naməlum yazı yerləşdirilib. Yazının məğzində əxlaqsızlığın açıq şəkildə təblig edildiyini görməmək mümkünsüzdür. Cümlənin savadsızcasına yazılmış hissələrində vakansiya ilə bağlı müraciət edənlərin nəzərinə çatdırılır ki, elanı diqqətlə oxusunlar və yalnız ciddi şəxslər narahat etsinlər.

Sözügedən vakansiya Tap.az kimi tanıdığımız elan saytında  yerləşdirilib. Vakansiyanın şərtlərində müraciət edənlərin nəzərinə çatdırılır ki, işə danışığı yerində, gözəl görünüşlü menecer xanımlar dəvət olunur:

“İş reklamların siyahılaşdırılması, müştərilərə telefon cavabının verilməsindən ibarətdir. Ofisdə iki nəfər olacaq: müdir və menecer. Məqsəd işlə yanaşı münasibətdir. İş saatları sərbəstdir “

Təklif olunan işin şərtlərində  “təcrübəsiz”, vəzifə öhdəliyində isə “reklam meneceri” yazılır.

Nəzərə çatdıraq ki, şərtlərdən heç bir söz gedə bilməz. Bu təmamilə normal ola bilər. Müəmma “işlə yanaşı münasibətdir” yazılmasıdır. Elanı yerləşdirən şəxsin cəmiyyət etikasını nəzərə almadan, sözün imkanlarından bu qədər kasad istifadə etməsi onun təklifinin bu tərəfinin aydın olmasını ilk baxışda təmin edir.

Bütün bunlara baxmayaraq, sözügedən şirkətə zəng vurub, bir daha işin nə olduğunu öyrənməyə çalışdıq. İşə götürüləndən tərcümeyi- hal əvəzinə üç ədəd fotonun tələb olunduğu aydın oldu. Atılan fotolardan sonra  telefon danışığı ilə “müdirlə münasibət” in  nə mənə olduğu soruşuldu. Verilən cavab isə belə oldu:

“Hər şey orada yazılıb, bəli, bəli müdirlə işə götürüləcək qadın arasında səmimiyyətdən söhbət gedir…”

 

 

 

 

 

 

 

 

 

    Yazıya (301) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.