XİLASKARLIQ VƏ İNKİŞAF YOLUMUZDUR !

Tarixdə heç zaman unudulmayan, Xalqın və tarixin qiymət verdiyi böyük anlar olmuşdur.Həmin anlardan biridə Xalqın bütövlüklə, birləşərək Ümummili Lider Heydər Əliyevi hakimiyyətə çağırış günü, 15 iyun tarixində Milli Qurtuluş Günü idi.Tarixə nəzər salsaq görərik ki,tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 28 il ötür.Həmin gün Xalqımızın iradəsi ilə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas oldu və təməli möhkəm,əsaslı sütunlar yarandı. Bunun müəllifi xalqının xilaskar oğlu,müstəqil və müasir Azərbaycanın memarı,mənim və bütöv Azərbaycan gəncliyinin memarı Ulu öndər Heydər Əliyev idi.Xalqın ümummilli lideri Heydər Əliyev öz qətiyyəti,uzaq görən siyasəti və nəhayət dünyanın idarəetmə gücü və imkanı olan bir dahi Lider kimi xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, ölkəmizdə tüğyan edən özübaşınalığı,ictimai-siyasi böhranı aradan qaldırdı və sabitliyin, dinamik inkişafın təməlini qoydu. Ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından əvvəl, ölkədəki vəziyyət hər birimizin xatirindədir.1993-cü il 15 iyuna qədər ölkədəki xaos və kriminal vəziyyət artıq son və pik həddə çatmışdı.Beləliklə xalqımız 15 iyun tarixini böyük qürur günü kimi qəbul etmişdir.
Xilaskarımız, Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı barədə yazmaq həm məsuliyyətli,həmdə şərəflidir. Mən əminəm ki,bu gün Ulu öndərin qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq.1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi, sosial- iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi,hətta Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.Belə bir şəraitdə xalqımız qurtuluş yolunu Ulu Öndərin hakimiyyətə qayıtmasında gördü.Fəxrlə qeyd edim ki,artıq 15 İyun Milli Qurtuluş Günü xalqımız tərəfindən müasir tariximizin ən önəmli hadisəsi kimi dəyərləndirilir. Xalqımız, Respublikamızın bu günkü sosial rifahını,Xalqımızın firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Ümummilli Liderin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirdilər.
“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən Ümummilli Lider Heydər Əliyev, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti,uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olub,Dağlıq Qarabağ cəbhəsində atəşkəs əldə edilib,irimiqyaslı iqtisadi layihələr icra olunub və nəhayət qüdrətli Azərbaycan ordusunun yaranmasının əsasını qoyulub və yaradılıb.Hərc-mərclik və anarxiyaya son verilib, qanunun aliliyi təmin olunub,vətəndaş həmrəyliyi bərqərar edilib,iqtisadi inkişafı şərtləndirən qlobal layihələr reallaşdırılıb.Həmin həssas dövrdə Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanın mövcudluğunun,müstəqilliyinin və gələcək inkişafının yeganə və həlledici səbəbi kimi qəbul olunur. Həmin tarixə,dövrə qayıdarkən və Azərbaycanın indiki reallıqlarını göz önünə gətirib,təhlil və müqayisə etdikdə Ulu Öndərin möhtəşəm qayıdışının ölkəmizin müasir tarixində nə qədər önəmli bir hadisə olduğunu dəyərləndirmək mümkündür. Qürurla deyirəm ki,Ümummilli Liderin möhtəşəm qayıdışı bütövlükdə Azərbaycanın və onun suverenliyinin xilası idi.Beləliklədə qayıdışın əsasını müəllifi Ulu Öndərin olduğu Qurtuluş Günü təşkil edir.
Nəhayət Ali Baş Komandanın bu gün rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli iqtisadi-siyasi inkişafa hesablanmış,uzaqgörən dövlət siyasəti ölkəmizin daha da güclənməsinə,inkişaf etməsinə və xalqımızın sosial-rifahının yüksəlməsinə xidmət edir.Prezident İlham Əliyevin qətiyyətli Lider kimi 44 gün müddətə apardığı “vətən müharibəsi” ilə,30 ilə yaxın erməni taptağında olan tarixi torpaqlarımızı işqaldan azad etməsidə 15 iyun Qurtuluş Günündə əsası qoyulan uğurlu,ümummilli qələbə zəfərlərimizdəndir.ALLAH bu vətən müharibəsində şəhid olan bütün Şəhidlərimizə rəhmət eləsin. Xalqımız və Dövlətimiz onları heç vaxt unutmayacaqdır və Şəhid ailələrinə, qazilərimizə böyük diqqət və qayğı göstərərək qəlblərində yaşadacaqdır.
Qürurla qeyd edirəm ki, Qurtuluş elə bir parlayan ulduzdur ki,uzun müddət Azərbaycanımızın inkişafına xidmət edəcəkdir.Əminik ki, uzun illər ötdükcə Qurtuluş Gününün bizə verdiyi faydalar,töhvələr dahada böyüyəcək və növbəti ildönümlərini daha böyük uğurlarla qeyd edəcəyik.
Buna görə də dahi insan,şəxsiyyət Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti Azərbaycan xalqının milli sərvətidir.Və bu sərvət Azərbaycan xalqı var olduqca,olmalı,qorunub, saxlanmalıdır ki,gələcək nəsil unutmasın.Sonda Azərbaycanın sürətli inkişaf dövrünun əsası Milli Qurtuluş Günü ilə başladığını xüsusi vurğulayaraq, xilaskarlıq və inkişaf məqsədimizdir deyirəm.
Ruhunuz şad olsun unudulmaz, dahi Xilaskarımız !

 

Yeni Azərbaycan Partiyası,
Saatlı Rayonu Siyasi şuranın
üzvi,
Vüqar MƏMMƏDOV

    Yazıya (220) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.