“Oxu Günü-8” sərgi-festivalı keçirildi

oxu gunu223-24 aprel tarixlərində Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı Şəmil Sadiqin ideya müəllifi olduğu “Oxu Günü-8” sərgi-festivalı keçirilib.

Festivalın təşkilatçıları Abşeron Rayon İcra Hakimiyyəti, “Hədəf Nəşrləri”, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir.

Festival Azərbaycan Respublikası Təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla keçirilib.

“Gəlin birgə oxuyaq!” şüarı ilə keçirilən sərgi-festivalda otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, yazıçılar, şairlər, ziyalılar, incəsənət nümayəndələri, uşaq inkişaf mərkəzləri iştirak edib.

Dövlət rəsmiləri, ziyalılar, incəsənət və media nümayəndələrinin də iştirak etdiyi açılış mərasimində festivalın əhəmiyyəti qeyd edilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, “Hədəf Qrup”un təsisçisi, filoloq Şəmil Sadiq, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, deputat, yazıçı Aqil Abbas, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, şair Rüstəm Behrudi çıxış edərək bu kimi festivalların önəmindən, ənənə halını almasının təqdirəlayiq hadisə olmasından söz açıb, oxucular və yerli sakinlər tərəfindən maraqla qarşılanmasından danışıblar.

Tədbir çərçivəsində təqdimatlar, imza mərasimləri, çıxışlar, master-klaslar, əyləncə proqramları təşkil olunub, “Qarabağa kitabla gedirik!” və “Kitabı ağaca çevirək” aksiyaları baş tutub.

İki gün davam edən sərgi-festivala 20 mindən çox ziyarətçi qatılıb. Böyük anşlaqın yaşandığı festivala məktəblilər və tələbələr xüsusi maraq göstəriblər.

Xatırladaq ki, “Oxu Günü” aksiyası 2015-ci ildən etibarən mütəmadi təşkil olunur. 2020-2021-ci illərdə isə pandemiya səbəbi ilə onlayn formada həyata keçirilib.

Qeyd edək ki, sərgi-festivalın baş sponsoru “Hədəf Qrup”dur.

Tədbirin informasiya dəstəkçiləri AzTV, “525-ci qəzet”, “Senet.az” və “Azedu.az” saytları, eləcə də “Ustad” dərgisidir.oxu gunu2

oxu gunu1

Yazıya 87 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.