Böyük Britaniyanın Uorikşir qraflığındakı Stratford-Eyvon şəhərində aparılan arxeoloji qazıntılar görkəmli dramaturq Uilyam Şekspirin 1759-cu ildə dağıdılan evini təmir etməyə imkan verib. Ev muzeyi iyul ayında ictimaiyyət üçün açıq olacaq.
İndiyə qədər Şekspirin doğma şəhərində tikdirdiyi evin yeganə rəsmi 18-ci əsrə aid olan eskiz idi. Arxeoloji qazıntılar nəticəsində evin küçədən görünən fasadının Şekspirin əsas evi olmadığı məlum olub. Layihənin rəhbəri Culi Krouşou onu “Şekspirin yığıncaqlar üçün evi” adlandırıb. Bu evdə əyləncə zonaları və qonaq otaqları var. Dramaturqun öz uşaqlarını böyütdüyü, kitablar və pyeslər yazdığı yaşayış evindən onu geniş həyət ayırıb.
Bundan əlavə, qazıntılar nəticəsində mətbəx, kaminin yeri və soyuducu kamerası tapılıb. Tapıntı Şekspirin ölümünün 400 iliyi şərəfinə keçirilən tədbirin ən maraqlı hissəsi olmağı söz verir. Bu tədbir isə aprel ayında qeyd ediləcək.
Yazıya 614 dəfə baxılıb