“İXTİSASA GİRİŞ” dərs vəsaiti nəşr olundu

obl_Akif Abbasov_Ixtisasa qiris (1) (1)Bu il ali məktəb tələbələri üçün yazılan və nəşr olunan “İxtisasa giriş” dərs vəsaiti özünəməxsus rol oynayır. Bu fənn, başqa sözlə, “Müəllimlik peşəsinə giriş” də adlandırıla bilər.

Dərs vəsaitinin müəllifləri pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Akif Abbasov və pedaqogika üzrə fəlsəfə doktoru Rəhiməxanım Məmmədzadədir.

Dərs vəsaitinin elmi redaktoru professor Piralı Əliyev, rəyçiləri isə professor İntiqam Cəbrayılov və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.

Dərs vəsaitində müəllimlik peşəsinin faydası və müəllim əməyinin dəyəri; cəmiyyətdə pedaqoji peşə sahiblərinin mövqeyi; müəllim şəxsiyyətinin harmoniyası; pedaqoji ali məktəblərdə müəllim hazırlığı, pedaqoji ali məktəblərdə tədris məşğələlərinin əsas növləri, tələbələrin təlim əməyi mədəniyyəti; pedaqoji fəaliyyət və mənəvi münasibətlər; pedaqoji ünsiyyət; müəllim hazırlığı sistemində pedaqoji praktikanın əhəmiyyəti və vəzifələri, pedaqoji təcrübə dövründə tələbələrin şagirdlərlə apardığı tərbiyəvi iş nəzərdən keçirilir. Eyni zamanda dərs vəsaitində müəllimin pedaqoji ustalığı, pedaqoji takt və taktika, müəllimin yaradıcılığı və pedaqoji istedadı; müəllimin pedaqoji etikası, pedaqoji mərifət və pedaqoji tolerantlıq; pedaqoji və psixoloji diaqnostika, pedaqoji ekspertiza və tələbələrin tədqiqatçılıq fəaliyyəti kimi mühüm məsələlərin üzərində dayanılır.

Dərs vəsaiti ali məktəblərin bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur

 

Yazıya 945 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.