Akif QARABAĞLI – ŞUŞAMDA QOVUŞDU ZƏFƏRƏ ORDUM

1412605-1(Qəhrəman Şəhidimiz Xudayar Yusifzadənin xatirəsinə…)

 

Xocalı, Xankəndi, Ağdərə bizim,

Dumanlı dağlarım, laləli düzüm,

Əsgəran qalası silinməz izim,

Ölkəmə kəm baxan nadan göründü.

 

Vətənin yolunda qurbandır canım,

Halaldır uğrunda tökülən qanım,

Bayrağın ucaltdı Baş Komandanım,

Əlində müqəddəs “Quran” göründü.

 

Düşmən zəhərlidir, şahmar ilantək,

Qovduq biz onları iti qovantək,

Qaçdı qarşımızdan qorxaq dovşantək,

Qarabağ torpağı əlvan göründü.

 

Cəbrayıl, Zəngilan öz ana yurdum,

Qubadlı elimə mən məftun oldum.

Şuşamda qovuşdu zəfərə ordum,

Hünəri tarixdə dastan göründü.

 

Füzuli, Xocavənd, Ağdam məskənim,

Yaşasın dostlarım, ölsün düşmənim.

Kəlbəcər behiştim, Laçın Cənnətin,

Laçından boylandım, hər yan göründü.

 

Bülbülün səsiyəm, xan avazıyam,

Adım Xudayardır, əmrə hazıram,

Qalibəm, şəhidəm, həm də Qaziyəm,

Üçü də dərdimə dərman göründü.

 

WhatsApp Image 2023-01-03 at 22.37.04

 

Yazıya 12 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.