19 yaşlı Şəhid Vüsal Orucovun ailəsi ziyarət edildi

25 avqust tarixində Respublika Aiditorlar Palatasının Ağsaqqallar Şurasının sədri Çingiz Abbasovun təşkilatçılığı ilə Qusar rayonunun Suvacal kəndində Azərbaycan-Ermənistan sərhəddinin Kəlbəcər rayonu ərazisində antiterror əməliyyatı zamanı şəhadətə yüksəlmiş Vüsal Xeybalı oğlu Orucovun ailəsi ziyarət edildi.

Şəhidin atası Xeybalı Orucov Vüsalın ata yolunu davam etdirdiyini deyərək,  özünün də Vətən Müharibəsində – Birinci Qarabağ döyüşlərində iştirakından söz saldı. O qeyd etdi ki, Birinci Qarabağ döyüşçülərinin arzularını Vüsal kimi oğullar həyata keçirdi.

30 sentyabr 2023-cü ildə ömür yoldaşı ilə çiyin-çiyinə verərək oğlunun cənazəsini qürurla daşıyan ana – Gülzar Orucova “Vətən sağ olsun, dövlətim, Prezidentim sağ olsun” deyərək, Azərbaycan Dövlətinin və xalqının Şəhid ailələrinə olan diqqət və qayğısından söz açdı.

Ziyarətçilər Çingiz Abbasov, Musa Ələkbərli, Ramiz Qusarçaylı və İradə Aytel Vətən uğrunda canını qurban verən 19 yaşlı Şəhid Vüsal Orucovla fəxr etdiklərini, məhz Vüsal kimi oğulların gələcək nəsillərə örnək olacaqlarını vurğuladılar.

Yazıya 27 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.