BookFest Naxçıvan Kitab Sərgisi – 2025 keçiriləcək

9 – 11 may tarixlərində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Saat meydanında BookFest Naxçıvan Kitab Sərgisi – 2025 keçiriləcək.

Anaib.az xəbər verir ki, ölkənin ən fəal nəşriyyatlarının qoşulacağı festivalda tanınmış yazıçıların iştirakı, oxucularla görüşlər və təqdimat imza günləri, minlərlə kitabın endirimli satışı, müxtəlif mövzulu panel-müzakirələr planlaşdırılır.

Festivala ANAİB sədri Şəmil Sadiq, rejissor Tahir Tahiroviç, şair Rüstəm Behrudi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, yazıçılar Rövşən Abdullaoğlu, Elxan Elatlı və Seymur İlyasov, şair Aqşin Yenisey, təlimçi Orxan Şahbaz da qatılacaqlar.

Üç gün davam edəcək festivalın açılış mərasimi mayın 9-u saat 10:00-da olacaq.

Giriş sərbəstdir.

Yazıya 2 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.