ANAİB sədri Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü seçildi

­

“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyi (ANAİB) idarə heyətinin sədri Şəmil Sadiq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya üzv seçilib.

ANAİB-dən kultur.az-a  verilən xəbərə görə, seçki vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə baş tutub. Səsvermə yekunlaşdıqdan sonra möhürlənmiş seçki qutusu açılıb və səslər Seçki Komissiyasının iştirakı ilə hesablanıb.

Namizədliyi qeydə alınmış 14 nəfər arasından ən çox səs toplayan 7 nəfər İctimai Şuraya üzv seçilib.

Yeni tərkib aşağıdakı kimidir:

Firuzə Rəsulova – “Əlilliyə erkən yardım Portec Şəbəkəsi” İctimai Birliyi

Qəmərxanım Cavadlı – Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini

Müslüm Məmmədov – “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi

Məryəm Məcidova – “Gender Hub” İctimai Birliyi

Şəmil Sadiq – “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi

Ülvi Əliyev – “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi

Venera Əsgərova – “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyi

Yazıya 4 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.