“Mexikolu alfonsun Bakı macəraları” + 18

10808273_319450491574284_99194297_n

Sevdiyi qadın ona xəyanət etmişdi. Qəzəbli idi. Uşaqlığında zorlanan imperator dünyadan necə qisas aldısa, o, da intiqamını belə vəhşi şəkildə almaq istəyirdi. Mexikoda doğulmuş, böyümüşdü. Gözəl qaməti, yaraşıqlı siması, seksual bədəni vardı. Əlləri hamar və ağappaqdı. Brend ayaqqabılar geyinirdi. Qadınların ən çox diqqət etdiyi iki əsas məsələ: kişinin əlləri və ayaqqabıları. Şəhərləri gəzir, qadınların pulları hesabına yaşayırdı, bütün alfonslar ilk tanışlığa kədərli eşq əhvalatıyla başlar, ya da uşaqlıq illərində yaşadığı çətinliklər, gənclik məhrumiyyətləri əsas söhbət mövzusu olar. Alfonslar qadından sevgi yox, mərhəmətlə verilən bəxşişləri tələb edər, ancaq bəzən yaşlı qadınlara xidmət edərkən əsəbləri korlanır, peşələrinə görə nifrət edərlər özlərinə. Amma nə qədər ki, pul var, hər şey satılacaq, alınacaq.  Məşhur filmdə deyildiyi kimi: “İnsanlar 3 qrupa bölünür , satanlar, alanlar və satılanlar”.

Bəzən gənc xanımlar da düşürdü bəxtinə, belə hallarda təəccüblənirdi. Axı bu qızlarla yatmağı çox kişi arzulayır. Amma bunun da müxtəlif səbəbləri var, Alfonslar əsla utanmır, komplekslərdən uzaq olur, sirr saxlamağı bacarırlar. Erotika dərslərində peşəkardırlar, bədənlər  qovuşmadan təkcə əlləri ilə də, gözəl sevişib, qadını orqazma çatdırırlar. Alfonsların bədən və beyin dilləri  eyni sözləri danışır. Onlar dünyanın gerçək simalarıdır.

Garsiya Ernandes ölkələri gəzərək alfonsluq fəaliyyətini davam etdirirdi. Eşitmişdi ki, Bakı adlı şəhərdə transları, homoseksualları təhqir edir, alçaldır hətta ya öldürür, ya da özünü öldürmə həddinə çatdırırlar. Ölümlə oynamaq Ernandes üçün xüsusi adrenalin idi. Böyük həvəslə Bakıya gəldi. İşləri yaxşı alınmadı. Çünki Azərbaycanda alfons fəaliyyətinə elə də kəskin ehtiyac olmurdu. Yalnız ərləri impotent olanlar onun xidmətindən istifadə edirdilər. Anatomiya müəllimi orta məktəb illərində Ernandesdən soruşmuşdu, insan bədənində o nədir ki, 7 saniyəyə qalxır,

Ernandes “cinsi orqan” deyə cavab vermişdi, Müəllimi qulağını burmuş və demişdi:

- Qan təzyiqi Ernandes, qan təzyiqi.

 

Səni sevən insana sevgi əvəzinə mərhəmət göstərmək onu öldürmək deyil,  ruhunu sındırmaqdır. İnsanı öldürmək olar, amma ruhunu alçaltmaq vəhşilikdir. Ernandes mərhəmətli insan idi,  amma peşəkar alfons olduğuna görə təmənnasız iş görmürdü. Azərbaycan haqqında fərqli məlumatlara malik idi, amma düşüncələrində yanıldığını dərk etdi. Cəmiyyət intelektual olmağı bacarmadan “Avropalaşırdı “. bu süni xəstəlik özünü incəsənətdən, mədəniyyətdən, intelektual sahələrdən başqa hər şeydə göstərirdi.

Dünyanın ən əxlaqsız yazarı sayılan Markis De Sad bakirə qızla sevişmək üçün qıza deyir:

- Valideynlərindən icazə al,özümü səni zorlamış kimi hiss etməyim.

intelektuallıq insandan eleqant olmağı tələb edir. Ernandes sivil, savadlı insan idi. Düşünürdü ki, tez- tez sevişməsən dünyanın nizamını itirərsən, qadının sevişmə istəyinin olub- olmaması kavalerinin baxışlarından, vücud dilinin danışığından asılıdır. O, anladı ki, Azərbaycan qadınları vəhşi seksi romantik, nəzakətli əlaqədən daha üstün hesab edirlər.

Hər kişinin ruhunda bir qadın ağlayır, hər qadının ruhundasa ömür boyu nə olduğunu kəşf edə bilməzsən.. qadınlar sərhədsiz dərəcədə sirlidilər, təhtəlşüurlarını heç zaman oxumaq olmur və bu yaxınlarda bir həqiqəti kəşf etdim ki, ötəri münasibətləri qadınlar kişilərdən daha çox arzulayır. Bakıda cəmi bir müştərisi oldu. Əri impotent olan, vəzifəli bir qadın alfonsun xidmətlərindən həvəslə istifadə etdi. Ernandes də narazı deyildi, qadın yaşlı olsa da pul xərcləməyi sevirdi. Lakin bədənin intim yerləri tüklü olduğundan Mexikolu alfons bəzən hirslənirdi.

Qadın insanların  bu hadisələrdən xəbər tutacağından, nüfuzunu itirəcəyindən qorxdu. Və Mexikolu alfons sadəcə “ yox”  oldu. Hələ də yaşadığı ya öldüyü bilinmir. Mexikolu alfonsun Bakı macəraları beləcə sona çatdı, bu şəhər taleyinə meydan oxuyan qisasçı insanları sevmir.

Nicat  Həşimzadə

 

Yazıya 853 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.