Gün var idi fərqliydik – başlamaq istərdim cümləmi bu cür . Amma yox, sən və mən ikimiz də bilirik ki o “ gün” heç vaxt olmayıb . Vaxtında bilsəydik , düzəldərdik vəziyyəti –deyə bilmərik heç birimiz cünki , dəyişəcəyimiz – əlimizdən gələn , heç nə görməmişik. Olmayıb bizə bağlı ,başımıza gələnlər ya da gətirilənlər… Alınmayıb əlimizdən ixtiyarımız bir halda o heç bizə verilməyibsə .
Hərdən fikirləşirəm , şikayət eləyirik hər ikimiz amma nədən, niyə ? ! Haqsızlıq qoymuşuq adını, bir ağızdan dayanmadan təkrarlayırıq eyni şeyi.. Nədir haqsızlıq bəs ? . o deyilmi ki , bir vaxtlar sənin olan indisə hər hansı səbədən səndən alınan “ nəsə “ . Bizim davamız nə üstündədir yaxşı, nədir bizim əvvəl sahibləndiyimiz indisə uzaq düşdüyümüz səbəb , bizi danışdırır ?. Məgər biz deyilmiyik , həyatın müxtəlif vaxtlarında eyni şeyi yaşayan . Eyni hadisələr, eyni problemlər , eyni uğursuluq, eyni məyusluq , eyni ruhdan düşmə … müxtəlif insanlar.. Sənli mənli bilirik ki , nə dəyişibsə forma etibarilə olub mahiyyətsə həminki.. Bəs yaxşı, nəyin təlaşıdı keçirik indi ? , niyə özümüzü elə aparırıq ki , əgər başqa cür olsaydı,hər şey bu dəqiqə belə deyildi ?.. Yadınsa sal , 3 il əvvəli , 5 il öncəni , lap bir az da uzağa get , 10 -15 il bundan arxaya, düzdür, deyəcəksən 15 il bir az çox oldu , amma hər nə qədər elədisə əgər söhbət “problem” yaxud “ fikir çəkməyə” səbəbdirsə mütləq amma mütləq tapacaqsan oralarda nəsə….
Sən tapmasan da mən sənə göstərərəm onları.. Yenə deyəcəksən , başladın , keçmişi xırdalamağa , çürütməyə , şişirtməyə… Bəlkə də haqlısan , yoxdu elə də dərindən “dərd”ini çəkəcəyimiz şeylər.. Amma gəl, boynuna al rahatı qazanmamamışıq onu arzulasaq ona çalışsaq da… Əziyyətimizin həddi-hüdudu yoxdu , bəzən yersiz şeylərin arxasınca qaça bilərik , amma yenə də heç nəyi boşu-boşuna buraxmamışıq hər işə can yandırıb , əmək qoymuşuq sonda bizim olmasa da… Nəticə ürəkaçan olmasa da başlı-başına , nə olar-olar prinsipiylə yanaşmamışıq heç birinə…
Yazıram indi , bir tərəfdən də fikirləşirəm əcaba doğru eləmirməmmi ,nankorluq çıxmır ki ?, bundan daha pisiylə qarşılaşmarıq ki ?..” Qaş düzəltdiyim yerdə vurub gözünü çıxartdım” olmaz ki ? Bilmirəm… Tək bildiyim İstəmirəm , istəmirəm bundan sonra ya eyni ya da xoşagəlməz şeylər gəlsin başımıza.. istəmirəm , bizə bizdən az yananlar özlərini başqa formada göstərib yaxşılıq adıyla istəklərini həyata keçirsinlər…
Vermə, sən məndən yaxşısan ,məndən fərqlisən , bundan sonra indiyə qədər olanların təkrarlanmasına və ümumiyyətlə üzülməyimizə imkan vermə !
Bağışlama , dediklərinin hər birini əldə et , bunu bizə layiq görməyənlərə,hörmətsizliklərindən qalmayıb ,bu günün özünədək davam eləyənlərə ,bağışlama…
Razıyam , ürəyincə olduqdan sonra məni də bağışlama… !
Yazıya 581 dəfə baxılıb