İradə Aytel- Sevgiylə sevişmək ismətdir

1743566_617623511639125_2006650601_n

Oxucu məktubundan: “Ailədə intim münasibət zamanı çərçivəyə ehtiyac varmı?”
Sualı virtual da olsa tanıdığım, ağıllı-başlı, yetkin yaşa malik birisi ünvanlamışdı və tam ciddiyyəti ilə cavabımı gözləyirdi. Buradan əmin oldum ki, bu sualın cavabı çoxlarına maraqlıdı, həm də belə bir sualı verməkdən çəkinən çoxlarına.
Cavab verməzdən əvvəl onu deyim ki, intim münasibətin yalnız qarşılıqlı sevgi tərəfini göstərəcəm burada. Çünki, qarşılıqlı sevgi olmadan hətta məhrəminlə – ərinlə (arvadınla) intim münasibəti qəbuledilməz və bədənini satmaq kimi qiymətləndirirəm. Bədən isə Tanrının bəndəsinə müvəqqəti olaraq verdiyi əmanətidir. O əmanətə xəyanət edəndə – bədənini satanda isə, bazarlıq müştəri ilə dəllalın arasındakı pul söhbətindən asılıdır. Belə ki, onlar istədikləri qiymətə çərçivə alıb münasibətlərinə yerləşdirə bilərlər.
Cinsi əlaqə ifadəsi son zamanlar sevişməklə əvəz edilib. Nə gözəldir; insanda sabaha bir ümid yaranır ki, artıq cəmiyyət sevişməyin kökündə SEVGİ sözünün durmasının fərqinə varır. Deməli, sevgi olmadan canbirqəlb olmaq – sevişmək olmaz. Və bu canbirqəlb olmaq isə sevgidən yaranırsa sərhədləri özü pozacaq, aradan götürəcək. O sərhədləri ki, yalnız və yalnız sevginin qarşısında acızdir.
Sevgi – safdir, şəffafdır, bütün eybəcərliklərdən kənardır.
Sevgi – iki ürəyin bir sinədə döyüntüsüdür.
Sevgi – sevən kəsin sevdiyi ilə bərabər bütün bəşəriyyəti sevməsidir.
Sevgi – Tanrıyla bəndənin ortaq məxrəcə gəldiyi bir nöqtədir. Və o nöqtədə Tanrının buyurmadığı, rəva görmədiyi heç bir sərhəd ola bilməz. Elə buna görə də sərhədsiz sevgiylə sərhədsiz sevişmək SEVGİnin əməyidir.
Sevgi – Tanrıdır!
“Sevgi – ismətdir!” (Tanrıya bir qanad bizdən yaxın olan quşların həmsöhbəti Süleyman peyğəmbərin kəlamıdır)
İsmətli sevgi, ismətli sevişmək isə ruhlar qədər azad olmalıdır!

Yazıya 1125 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.