Bu yaxınlarda tvlərimizin birində gördüklərimdən şoka düşdüm. Xəstə bir qadın həmin proqrama müraciət etmişdi ki, onun dərdinə bir əlac edilsin. Verlişə ekspert qisimində çağrılan qonaqlardən biri nə desə yaxşıdı. “ Bu qadına əməl ediblər, yatağının altına baxın orada yağlı qıfıl olar birdən” Bax bu da ağıllımız.
Elin gavuru xərçəngin, ebolanın mualicəsini axtaranda, biz də yatağımızın altında yağlı qıfıl gəzirik. İndi düşünün ki, ağıllımız bu olanda, sıravi insanımızdan nəsə gözləyə bilərikmi?
8 milyonluq İsrail dörd bir tərəfi düşmənlə əhatələnsə də güclüdür, istənilən savaşda qalib gəlir. Neft, qazı olmasa da, neft satan qonşularından daha yaxşı yaşayır əhalisi.
Nəyin hesabına?- elmin, təhsilin.
Ya da, ikinci dünya müharibəsində iki şəhəri viran olub, məğlub olan Yaponiya. İndi dünyada beş böyük dövlətdən birdir.
Nəyin hesabına?- təhsilin və çalışmağın.
Çexov deyir: “ Bir milləti yox eləmək istəyirsizsə, onun müəllimini gözdən salın”
Bu gün müəllimi adam yerinə qoyub, sayan varmı?- yox. Bu gün qələm sahibləri yoxsa şou əhli daha çox gündəmdə olub, sənəntkar adlandırılır?- Şou əhli.
Bu gün inkişaf etmiş bir dənə müsəlman, türk dövləti varmı?- Yox
Qafqaz və orta Asiyada aparıcı dil hanısıdır? – Rus dili
Dünyada aparıcı dil hansıdır?- İngilis dili.
Bəs, biz necə millətik?- Böyük bir millət, axı bizim o boyda şanlı keçmişimiz var.
Deyir, böyük millətlət gördükləri işləri ilə dünyada ad qazanır, kiçik savadsız millətlər isə, ancaq keçmişləri ilə öyünür.
Bağışlayın, ancaq bu gün biz böyük, zad deyilik. Atalarımız böyük olub, əsrlərcə dünyanı idarə edib, ancaq biz böyük deyilik.
Böyük olsaydıq, 5 milyonluq erməni 350 milyonluq Türkə hədə qorxu gəlməz, urumçi, kərkük, Qarabağ bizim olardı.
Böyük olsaydıq, böyük və güclü olardıq.
Dünyanın yüz ali məktəbi arasına girən neçə universitetimiz var?
Oscar qazanmış neçə film çəkmişik?
Nələri istehsal edə bilirik?
1.5 milyard müsəlmanıq, 0n- onbeş milyonluq yəhudinin ilk qibləmizi dağıtmasına niyə əngəl ola bilmirik?
Yazıya 662 dəfə baxılıb