İnancsız insan Allah qarşısında məsuliyyət hiss etmir, bu dünyada edəcəyi hər bir şeyə görə cavab verməyəcəyini düşünür. Ondan dolayı əlinə güc keçirmək və bu gücü öz şəhvət və ehtiraslarını söndürmək üçün istifadə etmək istəyir. Bu məqsədlə alim də ola bilər, qatil də. Xüsusən də ətrafdakılara həsəd aparır, çünki onların qazandıqlarını qazana bilmir. Belələri mistik varlığa deyil, ətrafdakılara qəzəblənir və uğursuzluqlarına görə hirsini ətrafındakı günahsız insanlardan çıxır. Belələri alim də olanda onların elmindən bəşəriyyətə faydadan çox zərər gəlir. Məs. Atom bombasının atası sayılan Openheymer kommunistlərə yaxınlığı ilə seçilib və solçu olub.
Əslində insan inancsız deyil, Allah insanın fitrətində nəyəsə inanmağı qoyub. Ya Allaha inanır, ya pula, ya da başqa bir şeyə. Çox vaxt da özünün fövqəladə bir şəxs olmasına və başqalarından fərqli olduğuna, seçilmiş olduğuna və buna görə də dünyanı idarə etmək haqqınsa sahib olduğuna inanır. Belələri uğur qazananda Bill Qeyts kimi ateist olur. Amma bu o anlama gəlmir ki, hər ateist də Bill Qeyts olacaq. Sizin yazınız tipik, orta statistik azərbaycanlı düşüncəsidi. Avropalı olmağı mini geyinməkdə görən xanımlar yaxud, qulağına sırğa taxmaqda görən oğlanlar…
İnkişafı inancsız olmaqda görənlərin unutduğu bir şey var, Avropa dindən uzaqlaşdıqdan sonra (əslində xristian dinini başqa bir dinlə əvəz etdikdən sonra) inkişaf etdisə, indiki müsəlman coğrafiyasının çiçəkləndiyi dövr məhs İslamın ən güclü vaxtlarına təsadüf edir… Allah rizası üçün təmənnasız iş görən insanla, başqalarına həsəd apara-apara, acıq verə verə, acgözlük və tamah üçün hərisliklə iş görən insan arasında fərq məhz budur… Təəssüf ki, bu bəla hazırki müsəlman coğrafiyasına bulaşıb və buna görə bu coğrafiyada qan tökülür, ədalət bərqərar olmur. Və ən əsası müsəlman coğrafiyasını bu tamahkarlıq və acgözlüyə məhz Qərb həvəsləndirir…
Yazıya 694 dəfə baxılıb