Həmid Ormanlı — Tanıdığım ən müdrik şair

10802063_754865701215507_6309995874117955012_nBu gün(21 fevral) müdrük şairimiz – Məmməd İlqarın 65 yaşı tamam olur. Mübarək olsun!
Mən Məmməd İlqar haqqında haqqında həmişə düşünmüşəm. Yox, yox bu lap ” Mən Azərbaycan xalqı haqqında həmişə düşünmüşəm “ şüarına bənzədi. Mən belə demək istəmirəm. Demək istədiyim odur ki, Məmməd İlqar məni həmişə düşündürüb. İstər yaradıcılığı ilə olsun istərsə də heç vaxt heç kəsdə şübhə yeri qalmayan xarakter bütövlüyü ilə, İşıqlı şəxsiyyəti ilə.
Məmməd İlqar tanıdığım ən müdrük 
şairdir.
Məmməd İlqar bu gün məşhurlaşmaq çabaları göstərməyən bəlkə də yeganə dərki dərin şairimizdir.Mənə elə gəlir ki, Məmməd İlqar dostlarla birlikdə dərk olunmalıdır.
Hər Məmməd İlqarı düşünəndə yadıma Onun,- o şirin dost məclisləri düşür.
Məmməd İlqarın Ağamalı Sadiqlə, mürşüdüm Akif Səmədlə, Aşıq Nazimlə , Sabir Sarvanla, hətta ömrünün son gününə kimi danışmadığı son dövür təsəvvüf şerimizin dev ismi Şaiq Vəli ilə münasibətdə öyrənilməsi Onun xarakter bütövlüyünü daha aydın güzgüləmiş olar.
Nəhəng dostların itkilərini yaşadı Məmməd İlqar.
Dağ kimi Ağamalı bəyin yoxluğuna dayandı, dağ kimi dayandı.
Akif Səmədin yoxluğuna da dayanardı… Ancaq Onunla bu cür ayrılığa dözə bilmədi…
Görünür buna heç Tanrı da dözmədi.
Məmməd İlqarı son dövr yaddaşını silməklə mükafatlandırdı . Məmməd İlqardan bir gün soruşdüm ki, Məmməd əmi bu xəstəliyin yolu-yolağı necədir? Bəlkə bizə də örgədəsən, bəzi murdarlıqları biz də yadımızdan çıxarda bilək. Qaşlarını düyünləyib, dərindən bir ah çəkərək –“çox çətindir arkadaş, çox çətin” deyə cavab verdi. Məmməd İlqar günü bu gün də hər an Akif Səmədin qapıdan içəri girib – din qədər tapındığı dostunun ziyarətinə gələcəyini düşünür. …
Məmməd İlqar həyatda öz həqiqətləri olan insandır.
Hansı ki, o həqiqətlərə gedən yolda min pusqu qurub şeytan.Çox istəyərdim ki, bu yubley günlərində Məmməd İlqardan yazanlar varsın o həqiqətlərə. Nə vaxtsa mən o həqiqətləri açmağa çalışacam…
Hələliksə can sağlığı arzulayıram dövrümüzün ən usta şairinə, ən böyük canlı dost heykəlinə.

Yazıya 756 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.