Akademik müasir yazarları təkrarçılıqda qınadı

2015-02-27-13-25-26teymurBu gün təəssüf ki, müasir yazıçılar müxtəlif “izm”lərə uyur, onun zəif təkrarını ortaya çıxarırlar”. Bunu  AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli yerli KİV-ə müsahibəsində deyib. Xüsusilə postmodernizmdən narazılıq edən akademik gənc yazarları təkrarçılıqda qınadı: “Bu yaxınlarda mənə bir roman verdilər, on beş səhifədən o tərəfə oxuya bilmədim. Gördüm ki, Paulo Koelyodan, Uilyam Bleykdən nəsə götürüb, mozaika yaradıb. Postmodernizm son zamanlar bizim ədəbiyyata böyük ziyan gətirdi. Postmodernizmin birmənalı tərifi yoxdur. Ona görə oxucularda çaşqınlıq yaranır. Məsələn, avtoritet tənqidçi yazır ki, postmodernizm ədəbiyyatın çöküşüdür. Postmodern, yaxud modern əsər olmasından asılı olmayaraq, ədəbiyyatı istedad yaratmırsa, onun haqqında danışmağa dəyməz. Əslində bunlar hamısı zahiri qabıqdır. Əsas məsələ ürəkdən gələn sözdür. O sözü müxtəlif formalara salmaq olar. Mən gənclərə həmişə deyirəm ki, Füzulini oxuyun. Bəlkə birinci oxunuşda nə isə başa düşməyəcəklər, amma lüğətlərin köməkliyi ilə təkrar-təkrar oxuyanda sözün qüdrətindən heyrətlənəcəklər. Bizim bu boyda sərvətimiz ola-ola niyə görə xaricdən nə isə import etməliyik ki, o da bizim xarakterimizə uyğun gəlməsin?! Mənə elə gəlir, epiqon ədəbiyyat heç vaxt böyük ədəbiyyat ola bilməz. Vaxtilə Füzulini təkrar edən epiqon şairlər var idi, indi də Borxesin ardıcılları var. Bu, bəlkə kimisə müəyyən müddət maraqlandıra bilər, amma o, yaşamayacaq. Ona görə böyük ədəbiyyat yaratmaq üçün ənənəyə getmək lazımdır”.

ədalət.az

Yazıya 654 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.