Vüqar ADİL — Günəştək parlayan kimdir? (“Müəlllim” layihəsi)

11009198_491795614329726_4173639310753098294_n
 kultur.az   Azərbaycan dili və ədəbiyyatdan repetitor müəllimlər qrupu“nun   hazırladığı  “MÜƏLLİM” Yazı müsabiqəsinin nəticələrini təqdim edir. Layihəni həyata keçirməkdə qrupun məqsədi  bu sənətə olan hörməti ifadə etmək,keçmiş müəllimlərə ehtiramı bildirmək,gələcəkdə müəllimliyi seçənlərə  mənəvi dəstək olmaq, bu peşəyə marağı artırmaqdır.

 Bir insan düşünün, vüqarlı, məğrur,
Həmişə zamanın fövqündə durur.
Çalışır, əlləşir, gələcək qurur,
Hər qəlbdə yer tutan kimdir? Müəllim!

***

Bəzən bir bağbandır, çiçək bitirir,
Bəzən də hakimdir, haqqı gözətir.
Şam olub hər yerə işıq gətirir,
Günəştək parlayan kimdir? Müəllim!

***

Silinməz iz qoyur qəlbdə sözləri,
Qayğıyla, şəfqətlə baxır gözləri.
Məqsədsiz, hədəfsiz, ümidsizləri
Həyata bağlayan kimdir? Müəllim!

***

Hamımız borcluyuq o böyük ada,
Daim öyüdünü salırıq yada.
Gəlimli, gedimli qoca dünyada
Yeni dünya quran kimdir? Müəllim!

Yazıya 827 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.