Qarabağ ərazisində antiterror əməliyyatları başlayandan diplomatik müstəviylə yanaşı, daha bir müstəvi də işə düşdü. Sosial şəbəkələr də Qarabağda baş verən olaylara kökləndi. Ard-arda olan hərbi və diplomatik uğurlarımızın ardınca sosial şəbəkədə də erməni təbliğat maşının üzərində qələbələr qazanılır. Belə ki, ermənilərin “sosial lobbi mifi” Azərbaycandan olan istifadəçilərin səyləri nəticəsində bir neçə gündə param-parça oldu.
Müxtəlif iri səhifələrin , qrupların idarəedicilərinin mütəşəkkil fəaliyyəti isə sosial şəbəkədəki erməni yalanlarına ard-arda zərbə vurur.
Anti-erməni təbliğatı yönündə müəyyən müşahidələrimi isə oxucularla bölüşmək istərdim:
Diskussiyalar zamanı demək olar ki, bütün ermənilərdə hələ 1896-cı ildə alman psixiatrı Krepelinin “erməni şizofreniyası” adlandırdığı patogen müşahidə olunur. Belə ki, Krepelinin qeydlərinə görə bu xəstəlik ağıl azlığıyla müşahidə olunan bu xəstəliyi məntiqsiz sayıqlamalarla yanaşı, kəsmək, doğramaq, boğmaq və öldürmək istəkləri müşayiət edir. Erməni istifadəçilər də virtual məkan üzərindən xüsusən də təkzib edilməyəcək faktlar qarşısında, həmin faktları tamamən iqnor edərək, izafi aqressiya göstərir, söhbəti tamamən başqa mövzuya yönəldir və “gedin tarixi öyrənin” replikalarıyla mübahisəni bitirməyə çalışırlar. İntellektual istifadəçiləri isə, daha ağıllı davranaraq, faktlarla manipulyasiya etməyə çalışır. Məsələn: Müasir Azərbaycanın, Azərbaycan Demokratik Cumhuriyyətinin varisi olduğunu bilərək, “ölkənizin 100yaşı var”, “Koka- Kolanın tarixi ölkənizin tarixindən daha qədimdir.” tipli replikalar atırlar. Bu sırf faktlarla manipulyasiyadır, belə ki, Müasir Azərbaycan ərazisində bir çox türkdilli ölkələr yaranmış və süquta uğrayaraq, belə deyək, başqa bir dövlətə transformasiya etmişdir və Azərbaycan Türkləri də o xalqların varisidir. Bunlar bu kimi əsas faktı yan keçib, manipulyasiyaya əl atdığı zaman, müasir Ermənistanın eyni dövrdə yaranmış Ermənistanın varisi elan etdiyini və o təqdirdə ərazisinin 9 min kvadrat kilometrdən bir az artıq olduğunu diqqətlərinə çatdırdıqda, bu İQ səviyyəsi cüzi yüksək olan istifadəçilər də “erməni şizofreniyasına” tutulur.
Lakin, ümumiyyətlə sosial şəbəkələr üzərində olan anti-erməni təbliğatı hərəkatımızın əsas məqsədi xarici ölkələrdə yaşayan sosial şəbəkə istifadəçiləri məlumatlandırmaq və həqiqətləri daha geniş kütlələrə çatdırmaqdır. Belə ki, məhz sosial şəbəkədəki cəhdlərimiz sayəsində erməni təbliğatını paylaşan dünya ulduzlarından bəziləri öz paylaşımlarını silib üzr istədi, bir çox tanınmış simalar,siyasətçilər Azərbaycana dəstək verməyə başlayıb. Məhz azərbaycanlı istifadəçilərin səyləri nəticəsində, bir çox xarici KİV nümayəndələri diqqətini cəbhəyə Gəncə və Bərdədə yaşanan terror olaylarına yönəldib.
Ermənilərin növbəti yalanlarından biri isə guya Azərbaycan silahlı qüvvələrinin sırasında Türkiyə xüsusi təyinatlılarının, İraq və Suriyadan gələn mücahidlərin, hətta bəzi iddialarda, az qala yadplanetlilərin olduğunu uydururlar. Siyasi müstəvidə Ölkə Başçımız Cənab İlham Əliyev bir çox KİV və diplomatik nümayəndələrə dəfələrlə bu əsassız iddiaları cavablandırsa da, hətta bəzi xarici KİV-lər həmin iddialarının yalan olduğunu qeyd etsələr də, sosial şəbəkələrdə erməni və ermənilərə dəstək olan istifadəçilər bu iddialarından əl çəkmirlər. Lakin, bu məsələdə istər azərbaycanlı, istərsə də bizi dəstəkləyən digər ölkələrdən istifadəçilər kifayət qədər etibarlı mənbələrə istinad edərək onların bu iddialarını yalan çıxarırlar.
Ermənilərin informasiya savaşındakı taktikaları faktlarla manipulyasiya etmək, əsasən pro-erməni Rusiya informasiya protallarının vasitəsilə qıcıq yaradan başlıqlarla yalan xəbərləri paylaşdırmaq, beləcə də azərbaycanlı və bizə haqq savaşımızda dəstək olan istifadəçiləri hiddətləndirib zlərini təhqir etdirmək, sonra isə həmin şərhləri ekran çəkimi edərək başqa iri səhifələrin şərhlərində #stopazebaijanterrorism #stopturkey kimi haştaqlardan istifadə edərək, yazıqlanıb dünya ictimaiyyətinə bizi aqressor kimi təqdim etməkdir. Əslində bənzər taktikayla başda Paşinyan olmaqla erməni diplomatiyası da çıxış edir.
Son bir həftədə sosial xaotik şəkildə daha da aqressiv paylaşımlara, şərhlərə yer verən erməni və pro-erməni səhifələri, qrupları və istifadəçilər əslində artıq məğlub psixologiyadadırlar. Tərəfimdən apardığım nəticəsində bir çox erməni istifadəçiləri də artıq müxalif cəbhəyə keçərək əslində Nikol Paşinyanın onları məhvə apardığını yazır. Bu yaxınlarda sonuncunun qızının “Artıq bütün ümidlərimiz məhv oldu” statusunun müzakirələri buna bariz nümunədir.
Eləcə də, “Armenian Report” xəbər portalının Rusiyanın Ermənistana açıq hərbi dəstək verməməsində, rus əsgərlərini Qarabağın qondarma respubliaksı üçün vuruşmamaqda ittiham edən, hətta bu məsələni “kürəkdən bıçaqlamaq” adlandıran qeyd edilən xəbər portalının timsalında bir çox erməni KİV-lərinin məqalələri onların hər müstəvidəki rəzil məğlubiyyətlərindən xəbər verir.
Boşulqlarımız var, ancaq bununla belə sosial mediada olan hərəkatımız davam edir. Onları sosial şəbəkədə də Cənab Prezident demişkən “iti qovan kimi qovuruq!”
Bilirəm ki, bir çox ermənilər bizim mətbuatı aktiv izləyir və Sizin də vasitənizlə buradan onlara səslənirəm:
Qafqazda yaşamaq üçün doğru danışmalı, qonşularına qarşı dürüst olmalısan. Məhz dürüstlük- Qafqazlı xarakterində ən üstün tutulan dəyərlərdən biridir. Bu gün Siz 30 ildir törətdiklərinizin cəzasını alırsız, “soyqırım” deyib dünyaya bağırdığınız yalan, Türkiyədə törətdiklərinizin cəzasıdır. Hələ nə biz, nə də qardaş türk xalqı o illərdə həm Azərbaycanda, həm də Türkiyədə törətdikləriniz vəhşilikləri unutmamışıq. Tarix təkrar olunur, siz cəzalanırsız… Lakin, bu cəzalardan dərs çıxarmaq, gələcəkdə də diplomatik müstəvidə, beynəlxalq layihələrdə autsayder olmamaq, yarı blokada şəraitində yaşamamaq və ümumiyyətlə cəzalanmamaq istəyirsinizsə, faşist düşüncələrinizi, ekstremizmi, müxtəlif ölkələlərə olan torpaq iddialarınızı unudun. Sizə zamanında verilmiş torpaqlarında dinc yaşayın.Azərbaycan Respublikası Beynəlxalaq hüquq normalarına hörmət və əməl edir, bu torpaqların bizim olmasına baxmayaraq, sərhədləri tanıyır və işğalçılıq siyasətiylə məşğul deyil. Ona görə də qoyun kənara bu “erməni şizofreniyasını”… Əgər sülh istəyirsinizsə, onun prinsiplərinə əməl edin.
Fərid Nəsibzadə
Yazıçı
“Laboratory of Art” layihəsinin rəhbəri
Yazıya 544 dəfə baxılıb