Qasımov Hüseyn Yaqub oğlu 22.04.1995 ci il Lerik rayonu Zenonu kəndində anadan olmuşdur. Hüseynin 4 yaşı olarkən ailəsi Qaradağ rayon Lökbatan qəsəbəsinə köçmüşlər. O ilk təhsilini 2001-ci ildə Lökbatanda 166 saylı məktəbdə başlayır. Sonradan orta təhsilini Sabuncu rayonu Şəhid Firuz Bayramov adına 22 saylı orta məktəbdə davam etdirmişdir.
Hüseyn hələ uşaq yaşlarında olarkən Vətənə çox bağlıydı. O, qorxmaz və cəsur biri idi. Orta təhsilindən sonra Əczaçılıq kollecini bitirir. Hüseynin əmisi Şəhid Qasımov Cəmil Əhməd oğlu 1996-cı ildə Vətən üçün canını qurban vermiş bu gözəl məqama – Şəhidlik zirvəsinə ucalmışdır. Dayısı Rzayev ŞəmsiAslan oğlu isə 2007-ci ildə şəhid olmuşdur. Hüseynə tək kəskinlik verən, böyüyüb əmisinin və dayısının, onların simasında cəmi şəhidlərin qisasın almaq idi.
Hüseyn 2013-2014-cü il ön cəbhədə xidmət edir. Təxris olunandan sonra öz təhsilinə uyğun özəl firmada Baş əzcaçı olaraq işləyir.
Hüseğn Tovuz Döyüşləri zamanı Hərbi kamisarlığa müraciət edərək, könüllü şəkildə qeydiyyata düşür. Sentyabr ayının 21-i Hərbi komissarlığa çağrılır, yoldaşlarıyla birlikdə cəbhəyə yola salınır. Füzuli, Xocavənd, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edir, bir çox qəhrəmanlıqlar göstərir, yaralı əsgər yoldaşlarına kömək edir.
27-28 illik işğalda olan torpağlarımızın azad olunmasında iştirak etmək insana çox böyük qürur hissi verir. İkinci Qarabağ döyüşləri zamanı əsgərlərimizin zabitlərimizin göstərdiyi qəhrəmanlığları Cənab Ali Baş Komandan xüsusi diqqət mərkəzində saxlayırdı. Qələbə xəbərindən sonra igidlərimiz bir neçə medallarla təltif olundu. Bu cəsur döyüşçülərimizdən biri də Hüseyn Qasimov idi. Hüseyn Qasımov ”Füzulinin Azad olunmasına görə”, ”Xocavəndin Azad olunmasına görə” Medallarıyla təltif olunub.
Allah cəmi Əsgərlərimizi qorusun.
Xəyal Novruz
Yazıya 345 dəfə baxılıb