Fransalı dekoratordan qeyri-adi Yeni il layihəsi

SX6B2963_-_FSGV_-_Dcorations_Noel_21.11.2014_-_-Guillermo_ANIEL-QUIROGA

Fransada “Four Seasons Hotel George V” otelinin art-direktoru Ceff Letam yeni il bayramları ərəfəsində parisliləri ekstravaqant və yaddaqalan dekorla təəccübləndirir. Bu il isə qonaqları qəbul zalında 900 güzgüdən toplanmış qırmızı 4 metrlik ayılar qarşılayır. Ayılar çox da hündür olmayan güzgülü yolkanın yanında yerləşdiriliblər. Kompozisiya “Red Polar Chic” adlanır.

Fransalı dekoratordan qeyri-adi Yeni il layihəsi
Ceff Letam öz installyasiyalarında ənənəvi stereotipləri, dizayn, moda və müasir incəsənəti birləşdirərək sındırmaqdan qorxmur. Onun istedadının tətbiqinin əsas sahəsi təkcə “Four Seasons Hotel George V” otelində də məhdudlaşmayan rəng tərtibatlarıdır. Florist-dekorator olaraq, o, tez-tez Tina Terner, Kayli Minouq, Madonna, Yeva Lonqoriya və başqaları kimi dünya ulduzlarının iştirak etdiyi şəxsi tədbirlərin səhnəsini hazırlamağa dəvət olunur. Çalışdığı bir neçə il ərzində Ceff dünyada öz nəslinin ən istedadlı floristlərindən biri kimi beynəlxalq tanınma əldə edib. Bu ilin noyabr ayında isə o, Fransada İncəsənət və Ədəbiyyat Orden Cəngavəri adına layiq görülüb. Bu hadisə ilə demək olar, eyni zamanda Rizzoli nəşriyyatında onun sayca artıq üçüncü müəllif kitabı “Jeff Leatham visionary floral art and design” işıq üzü görüb. Kitab ingilis dilində nəşr edilsə edə, Ceffin ən yaxşı layihələrini nümayiş edən zəngin illüstrasiyalarının tərcüməyə ehtiyacı yoxdur və universal gözəllik dilindən zövq almağa imkan verir.
Dizayn və floristikanın peşəkar incəliklərindən xəbəri olmayanlar üçün də Ceff Letamın bütün installyasiyalarının çox zəhmət tələb etdiyi aydın olur.

Fransalı dekoratordan qeyri-adi Yeni il layihəsi

Fransalı dekoratordan qeyri-adi Yeni il layihəsi
O, oteldə böyük miqyaslı layihələrinin reallaşdırılması üzərində 9 nəfərdən ibarət komanda ilə çalışır. Hər il onlar üçün otelin müxtəlif künclərində yerləşdirilmiş 150 dəstənin tərənnüm olunduğu yeni rəng qamması yaradılır. Yeni il dekoru həmişə Ceff tərəfindən ən xırda detallarına qədər düşünülmüş bütöv art-layihə ilə nəticələnir. Bu il təkcə nəhəng ayıların hazırlanmasına 1500 saat əmək sərf olunub. “Red Polar Chic” kompozisiyası “Four Seasons Hotel George V” otelini yanvarın 10-na qədər bəzəyəcək

Mənbə:


Yazıya 794 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.