ÖMÜR GÖZ YAŞI KİMİ

Ömür göz yaşı kimi,
Toxunursan ağlayır.
Torpaq da Anan kimi,
Köksünü sığallayır.

Düşür şirin damcısı,
Ən xası,ən incisi.
Həyat vurur qamçısın,
İzlərini dağlayır.

Özüylə bircə-bircə,
Yığır dərdini küncə.
Qəfil sona gəlincə,
Ürəyini bağlayır..

SƏN ÇİÇƏK OL, MƏN ARI 

Sən çiçək ol,mən arı,
Can atım sənə sarı.
Elə qol-qanad açım 
Sığa köksünə barı.

Düyməsindən bal çəkim,
Bəyazından al çəkim.
Bütün ləçəklərinin,
Ortasından xal çəkim.

Üstündə bir meh ola,
Damla-damla şeh ola.
Bağlayasan köksünü,
Bu sevda bir beh ola.

Pərvazlanam süzüləm,
Düz tacına düzüləm.
Tutasan “əllərimdən”,
Qoymayasan üzüləm.

Tez yapışım “belindən”,
Ətir çəkim gülündən.
Elə ki,bihuş oldum,
Şərbət içim dilindən.
28.11.18.

Darıxıram bu boyda nəfəslərin içində,
Sanki bir dənizdəyəm,sular qoynuna dalır.
Ürək geri çevirir əcəlin əllərini,
Özümsə göylərdəyəm,səma yanına alır.
 
Başımın üstündəki buludları gözləsəm,
Günəş baxıb ağladar torpağımın qatını.
Süzülər yağan yağış kirpik-kirpik üstünə,
Damcısıyla isladar dodağımın çatını.

Bəlkə onda rəngləyəm ağ-qara ürəyimi
Bilirəm ki içimdə kinli guşələr yatır.
İmdadıma sükunət ,boş otaq,soyuq balış,
Bir də eyni biçimdə çirkli şüşələr çatır.

Məryəm Əliyeva Şeirləri

            ÖMÜR GÖZ YAŞI KİMİÖmür göz yaşı kimi,Toxunursan ağlayır.Torpaq da Anan kimi,Köksünü sığallayır.Düşür şirin damcısı,Ən xası,ən incisi.Həyat vurur qamçısın,İzlərini dağlayır.Özüylə...
----ANA YAZARLAR---

İsmayıl yenmədi Ərəbzəngini;
İndi qan becərir ərəb zəngini...
Min ildi dinşəyir ərəb zəngini-
Qulağı göyün də, ana Yerin də.
Zamanı üstələr ana yazarlar,-
Sözün ucasını-"ana" yazarlar.
İlləri sığdırar ana yazarlar,-
Düşünüb hər şeyi an,a,yerində.
Bulaqdı qaynayan isti sinədə,
Dodaq marçıldayır istisinə də...
Özgənin şirini, istisi nə də,--
Gəlib dura bilməz ana yerində.
Osman, baxa-baxa göz ünə çəkər,
Könül gördüyünü gözünə çəkər...
Gözlər yolu çəkər, gözü nə çəkər,-
Könül andığını ana yerində.
7 dekabr 2017.

----AY ARA ARA-----
(təcnis)

Pərdəlidi böyük kiçik arası,
Qoymayın açıla,ay ara, ara.
Könül şüşə kimi sındı çarasız,
Canı basıb yeyər a yara, yara.
Əgər dönük çıxsa adam əslinə,
Bilinməz saxtası, düzü-əsli nə...
Dərdli Kərəm uzat əli Əslinə,-
Baxma məlul-məlul a yara, yara.
Anında gələndi istək, anında,
Yanana su gələr istəkanında.
Məkanda qalanı istə kanında,
Son deyilən nədi,-ay ara, ara.
Osman, söz önündə qalıb di ləli,
Çoxdan kəməndinə salıb dil əli...
Qoyub tərəziyə gərəkdi ləli,--
Tənləyək, düz gəlsin ayar-ayara.
11 dekabr 2017.

-----QARQAR----

Yeri, yurdu çalındı,
Oldu düzdə qərq arı.
Qulaqlarda çalındı
Qarğaların "qar qar”ı.
Dolağında sim sarı,
Yoxdu könül simsarı.
Əsər bir əsim sarı,--
Qara tutar qar qarı.
Osman, çöl dolu üzüm,
İxtiyarım yox üzüm...
Qara olasan, üzüm,--
Yelə verdin Qarqarı.
15 dekabr 2017.

------YAZ ARI-----

Xəritəm üst-üstə qara yamandı,
Odlana- odlana yazarı çəkər.
Ad ləkəli isə dərdi yamandı,--
Təmizə nə var ki, yaz-arı çəkər.
Arsız deyilsənsə,dinmə,sus uzan,
Demə göz-göz olub yaran-su sızan.
Bir damcı şeh özü sudu susuza,--
Onun da şəhdini yaz arı çəkər.
Qar üz ağardandı, qara bağlıyıq,
Qolumuz sarğıda--qara bağlıyıq.
Biz qara ləkəli-- Qarabağlıyıq,--
Onun da yanına yaz; arı- çək ər.
Qabağa göndərib əli yalını,
Yağıya vermişik dağın yalını.
İt itdi qoruyar qabda yalını,--
Olmaz payından pay,-azarı çəkər.
Osman, sellənəni tutmaz axırı,
Canlını çağırar yemi, axırı...
Kiminin əvvəli, kimin axırı;-
Ya ağla, ya sıtqa, ya zarı,çək əl.
19 dekabr 2017.

-------YAZIPOZANDA----
(təcnis)

İncə ləpirlərdi düşən qar üstə,
Qış nələr çəkəcək yazı,pozanda.
Yazan sakit tutar özünü üzdə,--
Ürəyi göynəyər yazı pozanda.
Yolları mənzilə yürüyə sər-vaxt,
Vaxtın azlığında yenə əsər vaxt.
Qələm öz işini görməsə sərvaxt,
Yazdığı qalacaq yazıpozanda...
Osman yazılarsa, yazı sınaqda,
Qışı sərt keçənin yazı sınaqda.
Sevən könüllərin yazısın ahda
İnlədər, dərd üstə yazıb Ozan da.
4 yanvar 2018.

------ÇAT-ÇATI----

Paşam,könlün xəyallara dalınca
Daşlıqlardan gələr nalın çat-çatı.
Sanarsan ki, qoşun düşər dalınca,
Söylənərsən,ləngimə gəl-çat... çatı...
Arzuların, əməllərin bütündü,--
Can içində böyütdüyün bütündü.
Bilməm,necə saxlayarsan bu tündü,
Qulaqlara qurğuşundu çat--çatı.
Hər yan yarğan qara qaşlar çatılar,
Boş buraxma,gələn, gedən çatılar...
Nə qədər ki, əlindədi çatılar,--
İlgək eylə, çatısına çat çatı.
Osman, yolda maneədi daş, qalaq,
Bəlkə, elə tərpənməyək, daş qalaq.
Dil-dil ötər, eləyərsən daş-qalaq,--
Sındırmısan di, birləşdir çat--çatı.
10 yanvar 2018.

---YAĞA-YAĞA---

Paşam,gedən yolu yorar
Dərviş yağış yağa-yağa.
Köçü xeyməyə aparar,-
Yeyin pendir, yağ,ay ağa.
Əlindən qurtarıb qalın,
Deyər, yenə qonaq qalın.
Döşəyi döşəyər qalın,-
Vurar halay, ağ Ay ağa.
Yoğurduğu acıdımı,
Çəkdikləri acıdımı?...
Qarn-qırta acıdımı,-
Tamah salmaz yağa-yağa.
Osman, ağırlar çox piri,
Ocağı andırar piri...
Qarda azar ovçu Piri,
Qar kəlağay; ağa yağa.
11 yanvar 2018

----BİR DÜYÜN----

Dalda qalan əngəl oldu bir köçə,
Düz ağaca ləkə saldı bir düyün.
Can içində ağrıları vicvicə,--
Zoqquldadı ovuc-ovuc bir düyün.
Dar günündə xorna çəkib uyurdun,
Safa çıxdı, baş olaraq buyurdun.
Yaddaşında izin yoxdu bu yurdun;
Varın ölüm--çalınmayan bir düyün.
Öyünməli nəyim qalıb ərk edim,
Osman, hansı sınırını bərk edim?
Dağlarını geri alıb Ərk edim,--
Onda məni qayasına bir düyün.
4 fevral 2018.
--------BİR ACI-------
Dostlarına şirin-şirin söz dilə,
Ürəyində yurd salmasın bir acı.
Yaxşı-yaman kəmənd olar söz dilə.
Tərs danışsan, öndəkinə bir acı.
Arzu tutub ürəyində bir dənə,
Tapılacaq qədir bilən bir dənə.
Bəlkə, elə tamarzıdı bir dənə,
Çörəklə çıx, tez ağırla bir acı.
Osman, necə təşnə olar gül yaza,
Qələm istər hər tərəfə gül yaza...
Abbas qıymaz zəhər düşə Gülyaza,
Ağrısına məlhəm olar bir acı.
23 fevral 2018

   ---AZALANDADI----
(təcnis)
Paşam, gedən gedir, qayıda çətin,
Damaq çəkə bilmir azalan dadı.
Gözlər gördüyündən kirə istəyir,
Ağızda itirir az alan... dadı...
Deyir, aldığını çox al anında,
Əridib azları,çoxal anında...
Bir onu bilirəm çox alanın da
Yazarlar, suçları az alandadı.
Osman, qeyzlənmə,çətin vurasan,
Asana yeriyib topla, vur asan...
Daha yüz toplaya, yüz də vurasan,
Ömür bölünmədə, azalandadı.
10 mart 2018.

--YAZ ARI YAZAR---
(Təcnis)

Sıyrııb dumanın, çənin içindən
Bütün yazdığını yaz arı yazar.
Yayılar çəmənə qoca köçündən,
Hər gülün şəhdinə yaz arı yazar.
Qoşular arıya gələn gül dərə,
Dağın ayağında dərindi dərə.
Divlər keşikçidi hər gizli dərə,-
Yoluna ya ağla, ya zarı yazar.
Qovuşa könlündə halal halala,
Hallallıq canında gözəl hal ala.
Deyələr, yaraşır,vallah, al ala,-
Böyük hərflərlə yaz arı, yaz AR.
Oturar yanakı Şah divanında,
Hünərdi əyləşmək şah divanında.
Üzünə dayanar şah divanında,
Cibindən çıxarar yazarı "yazar".
Osman keçər günlər zaman əsimi,
Arıda dillənər zamanə simi...
Zamanə ağalıq zamanəsimi?-
Sözün doğrusunu yazarı yazar.
13 mart 2018.

----------İT İLƏ-----
(təcnis)

Paşam, vaxtdı torpaq çəkir özünə,
Qılıncını kəskin elə, itilə...
Yalmananın arxası nə, özü nə,-
Üstünə get, qıy vur, söylə: itil,ə.
Orda-burda desələr də Türk iyi,
Oğurlarlar Türkdən gələn türkiyi...
Başlarında duman olar Türk iyi,
Guya yeni ad qoyarlar İtilə...
Hiyləgərin quyu qazmaq "cənginə"
Əvəz kimi əlini sal cənginə...
Bir qədər də"Misri" qat ki,"Cəngi"nə
Düşmən qorxub ilim-ilim itilə.
Osman,inan itin meyli yaladı,
Dişlərində şirə salar yal adı...
Nə olsun ki, əllərini yaladı,-
Çomaqla gəz dost olsan da it ilə.
14 mart 2018.
*İtil-- çay adıdı.

Osman Fərmanoğlu – Təcnislər

                      —-ANA YAZARLAR— İsmayıl yenmədi Ərəbzəngini; İndi qan becərir ərəb zəngini… Min ildi dinşəyir ərəb zəngini- Qulağı göyün də, ...
ÖMRÜM ANILDIĞIM QƏDƏR

Beşikdən məzara deyil,
Ömrüm anıldığım qədər.
Artıb boy verə bildimmi?
Zirvəm sanıldığım qədər.

Bəlkə də yatdım, bilmədim
Bəlkə yan ötdüm, bilmədim.
Nə qədər yetdim bilmədim
Haqqım – danıldığım qədər.

“Dünya fani” – el məsəli,
Bu məsəl mənə təsəlli?!
Tək bircə hikmətə bəlli –
Cəzam – yanıldığım qədər.

Cabir! Çaldığın saz susar,
Sazda neçə avaz susar.
Bundan o yana söz susar –
Özüm son olduğum qədər.
09.02.2013

MÜBARƏKMİ?

Bilmirəm bu dünyaya
Gəlimim mübarəkmi?
Gələndən bölünürəm,
Bölümüm mübarəkmi?

Ac oldum tox içində,
Az oldum çox içində.
Görəsən yox içində
Olumum mübarəkmi?

Bir dünya ki, beşgünlük
Beşdən hansı seçkinlik?!
Olum..., ölüm..., köçkünlük...
Zülümüm mübarəkmi?!

Təbib məcaz, nə şəfa?!
Bu isə zövqü-səfa.
Yaşamım cövrü – cəfa,
Ölümüm mübarəkmi?
15.01.2013

KÖNLÜMÜN SINAĞIYMIŞAM

Bir də ayılıb gördüm ki,
Dünyanın qonağıymışam.
Qonaq bir gün, qonaq beş gün...
Günlərin qınağıymışam.

Yolçunun yolu dərkinə,
Bu yolda haqqı gör ki nə?!
Sonun əvvələ görkünə,
Könlümün sınağıymışam.

Od mənim ad yalançının
Qədri bilinməz yançının.
Cabirtək dəyirmançının,
Şahadı, çanağıymışam.
17.10.2014

GƏLİR

Hicran olan yerdə hər şey yalandı,
Hicran yolçusuyam, qəm ordan gəlir.
Nə var cütdu, bir vüsalım yalındı
Təki ovudaram, cəm ordan gəlir.

Göy üzündə lələk-lələk buludam,
Haqqım varmı yer üzünü unudam?!
Yağmadım da səhraları ovudam
Gözlərim göllənib, nəm ordan gəlir.

Dərdimdən çəkinmə, dərdim yad deyil
Dərdim canımda can, dərdim ad deyil,
Kim deyir ki, mənim könlüm od deyil,
Kim görüb oranı, kim ordan gəlir?

Dünyanı şər evi biləsi Cabir,
Dünyanın cövrünün lələsi Cabir,
Kəlbəcərtək yurdda öləsi Cabir,
Həm orda dəfn olub, həm ordan gəlir.

09.07.2013
DƏRDİMİN

Bax sinəmə, ufuldama, ufff… demə!
Əlvan-əlvan xınası var dərdimin.
Bu fələyin sitəminə offf… demə!
Tərs qoyulmuş binası var dərdimin.

Açmamış soluxan gülün axtaran,
Diyar-diyar düşən elin axtaran,
Üstün duman almış gölün axtaran,
Bir yaşılbaş sonası var dərdimin.

Yançısı yox, dərdi dərddən baş düşüb,
Vədə payızaydı, indi qış düşüb.
Naxışlanmır, ilmələri çaş düşüb
Darda qalan hanası var dərdimin.

Halına bax! Dərd içində təklənib,
Cabir ona, o Cabirə yüklənib.
İncitməyin bayatıya köklənib – 
Kəlbəcərtək anası var dərdimin.
22.08.2014.
Təcnislər

YAY GÖZLƏR

Od almışam, pərvanə mən, yaxan Sən
Bu yanmağı diyar-diyar yay, gözlər!
Mürid mənəm, mürşüdmüsən, ya xan sən?!
Yığnağını yaz qarşılar, yay gözlər.

Al geyinər, başa örtər yar ağı
Yarına da içirərmi yar, ağı?!
Kaman qaşlar cəllad yarın yarağı,
Ox kirpiklər gərilməyə yay gözlər.

Bu nə həsrət? Bu nə yanğı? Nə oxxx...du?
Bu nə neştər, bu nə qıyıq, nə oxdu!
Cabirini oxlamırsa, nə oxdu:
Gərilibdi, nə vaxtacan yay gözlər?!
26.05.2013
YAS.., AĞI...

Vətən! Var olandan yarın yarandı,
Zaman – zaman qövr eləyir yas.., ağı...
Qiyafən ələmdən yasdan yarandı,
Göy bağlatdı, qara düydü yas, ağı.

Bitər olsam, min dən olan bir dənən
O sarıdan ümidimdi bir dənəm.
Gözlərimdə hicran yükü, bir də nəm
Dodağımda gülüşümün yasağı.

Cabir! Canı yurd istəyir qıy, nədi?
Tərlan bilər qıyya nədi, qıy nədi
Qaş çatılar, göz süzülər, qıy nədi?
Qıya baxan ya sol gözlər, ya sağı.
20.06.2013

BU LALA, LALA

Köynək yaşıl, qucaqlayıb al alı,
Yaxa açdı, dilləndirdi a, lalı
Taxt üstündə yar dəstinə alalı,
Başda taca döndü bu lala, lala.

Ələm hansı? Bağrındakı qara?! Xal?!
Bağrı kimi bağrımdadı qara xal.
Görmüsənmi necə düşür qara xal:
Sinəmdə dərdimtək bul, ala-ala.

Bu nazəndə gözəl hansı soyundu?
Ləngə qoyma, dur sinəmi soy, indi
Gözəlliyin qırçın – qırçın soyundu,
Dil verdi Cabirtək bu lala, lala.
25.05.2013

Cabir Umud – KÖNLÜMÜN SINAĞIYMIŞAM

                ÖMRÜM ANILDIĞIM QƏDƏR   Beşikdən məzara deyil, Ömrüm anıldığım qədər. Artıb boy verə bildimmi? Zirvəm sanıldığım qədər.   Bəlkə də yatdım, bilmədim Bəlkə ...
NAĞIL
Gəlsənə sənə danışam,
Bir qaragöz qız nağılı.
Gözlərindən axıb getsin,
Bir şıdırğı yaz nağılı.
Söyləyim, öyrən qədərin
Şahididir gör nələrin-
Qara-qara gecələrin
Dümağ, bəmbəyaz nağılı.
Köksü üstdə buludu var,
Köksü altda umudu var.
Birdən ölər, unudular,
Götür, qardaş, yaz nağılı.
ALÇAQ ÜRƏYİM
Darıxmışam səninçün,
Ay təmiz, ağ ürəyim.
Hardasan, ay bənövşə,
Nərgiz, zanbağ ürəyim?
Kimdi sənə daş atan,
Kimdən gəldi xoş xatan,
Eşqi qanına qəltan,
Köksü dağ-dağ ürəyim?
Ağlama, bəsdi, kiri,
Dedimmi, sevmə şeri,
Ay bir zaman dipdiri,
Ay sappasağ ürəyim?!
İndi yan-yaxıl belə,
İndi çox sıxıl belə.
Mərd Şahinə Könülə,
Namərd, alçağ ürəyim.
QARIŞQALAR
Mən sizi öldürmürəm,
Yaşayın, qarışqalar.
Sizin də bu dünyada
Yaşamaq haqqınız var.
Sizin də istəyiniz,
Sizin də sevginiz var.
Yox, sizi öldürmərəm
Dünya sevgisiz qalar.
Bu dünyanın ən duru,
Ən təmiz sevgisi – siz.
Bəlkə də siz ALLAH-ın
Ən əziz sevgisisiz.
Bəlkə də sizi yerə
Qəsdən göndərib ALLAH.
Göndərib, biz bəndələr
Sevginizdən dərs alaq.
Bir qarışqa hayına
Qarışqa qoşun gəlir.
Baxıram bu sevgiyə,
Baxıram, xoşum gəlir.
İnsan olan insanın
Hayına çatmır, bacım.
Bəlkə əl tutmaq üçün
Qarışqaya əl açım?
Dünyanın sevgi yolu
Desələr hardan keçir?
O, burda – Yer üzündə
Qarışqalardan keçir.
Yox, sizi öldürmərəm,
Yaşayın, qarışqalar!
Siz ölsəz Yer üzündə
Fikirdən qırış qalar.
ALDI, NƏ ALDI?!
Dünyanın kəc yolu gətirib məni,
Bu səhra ömrümün qumuna saldı.
Anamın qoynundan götürüb məni,
Atamın əlindən aldı, nə aldı.
Mən ki, bu yollara bələd deyildim,
Enişi-yoxuşu görmüşdüm harda?
Qonşudan gəlməyib, evdə bişməyib,
Könlümə uyuşmur hələ yollar da.
Məni heç açmadı bu dünya evi,
Qaranquş köksündə yaşadım ömrü.
Harda bir dağılmış yuva görəndə,
Çör-çöp qırığıtək daşıdım ömrü.
Ömürdən ölümə gedən yollara
Addadım dünyanın içindən keçib.
Dünyanı tərk edib getmək istəyim
Mənə durnaların köçündən keçib.
Dünyanın fırlanan oxu kimiyəm,
Dolana bilmədim, Anam, başına.
Mən də insanların çoxu kimiyəm,
Gəlib yalvarıram, Atam, daşına.
Dünyanın kəc yolu gətirib məni,
Bu səhra ömrümün qumuna saldı.
Anamın qoynundan götürüb məni,
Atamın əlindən aldı, nə aldı…
BU GÜN…
Dünyanın sonu gəldi,
Doyunca güldüm bu gün.
Tanrı sirr saxlayırdı,
Sirrimi bildim bu gün.
Toz tutmuşdu izimi,
Kül örtmüşdü közümü.
Unutmuşdum özümü,
Yadıma gəldim bu gün.
Bir sehirli yuxuydum,
Bir deyildim, çoxuydum.
Bu fənada yoxuydum,
Var oldum, öldüm bu gün.

Şahinə KÖNÜL Yeni şeirlər

                    NAĞIL Gəlsənə sənə danışam, Bir qaragöz qız nağılı. Gözlərindən axıb getsin, Bir şıdırğı yaz nağılı. Söyləyim, öyrən qədərin Şahididir gör nələrin- Qa...
saday

Saday Şəkərli – Sən hardan biləsən…

Yağır dolu kimi, yağır qar kimi, bəla misra-misra, dərd sətir-sətir, gizlənə bilmirəm günahlarımdan, yoxdumu başımın üstündə çətir, yoxdu, yox, nə belə ötürəm dil-dil, ay millət, bu mənim millətim deyil. Bu millət dən ki...
Quzey gülləri

Quzey güllərinin arzusu-Günəş,
Arılar bal çəkər yuxularında.
Məktublar gözləyən qara qız kimi,
Cavablar saralar yaxalarında...

Başı sərin olar,ayağı-buztək,
Həsrət keçilməzdi dad kimi-duztək.
Zorla qaçırılan könülsüz qıztək,
Üşüyər ərinin çuxalarında...

Şaxtaya yaz qərib,çiçəyə də qar,
Buz bulaq üstündən kim arzular nar...
Quzey çiçəkləri özün ovudar,
Quşların nisgilli oxularında.

Şairlərə iş verməyin

Bir düşünün dərin-dərin,
Ağlınızı günə sərin.
Şairə işgəncə verin,
Şairlərə iş verməyin.

Dərdi-fələyin ahıdı,
Savabların günahıdı...
Şair-duyğular şahıdı,
Şairlərə iş verməyin.

Sussa-sözündən utanar,
Görməz,gözündən utanar.
Millət özündən utanar,
Şairlərə iş verməyin!

Sevgi-zəlzələ kimidir

Sevgi zəlzələ kimidir,
Ən uca evləri yıxar.
Kiçiklərlə işi yoxdu,
O,məğrur devləri yıxar.

Zəlzələdən çox ev yıxar,
Alovdan atəşin yaxar.
İçindən ürək sağ çıxar
Sevgi yıxdığı evlərin.

Başıüstə günəş gülər,
Suyunu buludlar çilər,
Divarın mələklər hörər
Sevgi yıxdığı evlərin.

Hər şeyin gözəli xoşdu,
Yaşayırsan,sev,gözəldi!
Nifrət qurduğu saraydan,
Sevgi yıxan ev gözəldi!

Apardı sellər Saranı

Sudan gələn sürməli qız,
Hörükləri hörməli qız,
Ay sinəsi körüklü qız,
Yaxan düymələ-düymələ,
Apardı sellər Saranı

Çay sığmadı dərisinə,
Su baxmadı gerisinə,
Görk üçün su pərisinə
Apardı sellər Saranı

Bulud olub yağmaq üçün,
Çiçəkləri yığmaq üçün,
Nəğmələrdən axmaq üçün,
Apardı sellər Saranı

Tanrı da etmədi kərəm,
Gavur qıza çatmaz nərən.
Arxayın yan Yanıq Kərəm!
Sular Saraynan getdilər,
Apardı sellər Saranı

Dərdliyə göydə Gün ahmış,
Arpa yeməyi bilirdim,
Arpa çayda çimmək günahmış?!

Yurdun Qaraca Çobanı,
Gedib xana arxa oldu,
Axar sular qurumadı.
Bu yurdun Xan Çobanları,
Bu yurdun çoban xanları,
Özcə yarın qorumadı,
Apardı sellər Saranı

Gözlər

Yamacda-çiçəyi,göydə-ulduzu,
Əlim yetməyəni göz dərib,gözlər.
Gəl öpüm gözündən ay qara şair,
Nə qədər mənalı göz görüb gözlər...

Alınan canlardır verilən buta,
Kirpik qovuşdurur,sanmayın yata.
Hamı doğma gəzir əlindən tuta,
Görəsən nədəndi,göz qərib gözlər.

Bölünmüş ömrümə qalıq-ğöz idi,
Sevdamız tutmayan calaq gözüdü.
O qızın gözləri bulaq gözüdü,
Suyunu Xəqani göndərib,gözlər!
 Ömür

Mən bu ömrü yaşamışam,
Hansı gününə quş qoyum.
Göz tökməklə öyrənmişəm,
Gəl sənə qəşəng qaş qoyum.

Çəkəmmədim dərdin nazın,
Yaramda kef sürür duzu.
Ölüm tariximi yazın,
Doğum yerini boş qoyun.

Söz çağırdım naşı-naşı,
Ötmədi ömrün təlaşı.
Gəl ətəyindən tök daşı,
Qoymur dizinə baş qoyum.

Daş

Allah,daş yağ!-
Deyən adam.
Daş yox yağış yağanda
Dünyanın yeddi arxadönəninə söyən adam!
Məkkəyə bir daş düşüb,
Min illərdi bizə diz çökdürür,
Daş yağsaydı neynərdik...
Allah daş da yağar,
Yağış da,təkcə baş yağan deyil!

Xəqani Həbiboğlu – Quzey gülləri

Quzey gülləri   Quzey güllərinin arzusu-Günəş, Arılar bal çəkər yuxularında. Məktublar gözləyən qara qız kimi, Cavablar saralar yaxalarında…   Başı sərin olar,ayağı-buztək, Həsrət keçilməzdi dad kimi-duzt...
18449665_201296777047946_4922014620610270648_o

Polad Bilal Oglu – DƏNİZƏ GÖZÜM DÜŞÜB

DAĞLAR Coxdan sizə əlim catmır,. Qürbətdə qalmışam dağlar. Sinəndən qopan çiçəyəm, Saralıb solmuşam dağlar. Sizsiz yalan bir gumanam, Vallah halımdan yamanam, Zirvəndən göcən dumanam, Tutulub dolmuşam dağlar. Lalən təki ...
aydin-murovdagli-334x300

Aydın Murovdağlı – ÖLƏN YARPAQLAR…

G Ə L M İ Ş Ə M. . . Görünməyən görnüşündə gizlənib, Gümanların gümüşündə gizlənib… Gecə-gündüz gülüşündə gizlənib, Gözlərimdən gözlərinə gəlmişəm. Gözəlliyin göydən gəlib,görmüşəm, Gəldiyi gün göydə gəmi görmüşəm,...

Elnur Uğur Abdiyev – Ağlama, şəhid atası!

Böyüsün . Çölünə daşı içini, İçdə bütöv mən böyüsün. Yay bütün yurda sevgini, Hər məndə bir sən böyüsün. Ruha nə məcburdu belə? Vətəni bölürsüz elə. Haralı sualı ilə, Qoymursuz nədən böyüsün? Qarabağın bəxti qara, Qar ya...